Təlim və inkişaf sisteminin qurulması | Xidmətlər
Təlim və inkişaf sisteminin qurulması

Təlim və inkişaf sisteminin qurulması

 

Təsvir:

Strategiya, kompetensiya, fəaliyyət və vəzifə tələbləri əsasında vəzifə və peşələr üzrə inkişaf tələblərinin müəyyən edilməsi və təlim kataloqlarının tərtib edilməsi. Xidməti fəaliyyətin qiymətləndirilməsinə əsaslanan, karyeranın idarə edilməsinə və fərdi inkişaf planının icrasına xidmət edən təlim planlarının hazırlanması. Təlim proqramlarının (məqsədlər, mövzular, metodlar, materiallar, qiymətləndirmə üsulları və s.) hazırlanması. Təlim və inkişaf fəaliyyətləri üzrə büdcənin, xərclərin planlaşdırılması və prioritetləşdirilməsi. Təşkilat daxilində ekspertlərin daxili təlimçi kimi hazırlanması və idarə edilməsi sisteminin qurulması. Təlimlərin effektivliyinin qiymətləndirilməsi sisteminin qurulması, öyrənmə, davranış və biznes nəticələrinə təsirinin ölçülməsi metodologiyasının hazırlanması. Təlim vendorlarının (xarici təlimçi və təlim şirkətlərinin) seçilməsi və qiymətləndirilməsi üçün vahid sistemin hazırlanması.

Müştəriyə təqdim edilən nəticələr:

Təlim kataloqu, təlim planları, təlim proqramları, təlim materialları, təlim təqvimi, təlim büdcəsi, təlimçi bazası. Daxili təlimçi modeli, vendorların seçim meyarları, təlimlərin qiymətləndirilməsi modeli.

Müddət: 2–10 həftə.

Xidmətin biznesə faydası:

Təlim büdcəsinin real inkişaf tələblərinə yönəldilməsini təmin edir. Təlim fəaliyyətlərinin sistemli və planlı idarə edilməsini təmin edir. Təşkilata uyğunlaşdırılmış və nəticəyönümlü öyrənmə vərdişlərini formalaşdırır. Xarici təlim xərclərini azaldır və təşkilat daxilində təcrübə mübadiləsini gücləndirir. Təlim investisiyalarının real nəticəsini ölçməyə imkan verir.

 

Müraciət et

Populyar Təlimlər