Əmək Qanunvericiliyi, Kargüzarlıq və Praktiki ƏMAS Təlimi

Əmək Qanunvericiliyi, Kargüzarlıq və Praktiki ƏMAS Təlimi

Əmək Qanunvericiliyi, Kargüzarlıq və Praktiki ƏMAS Təlimi

"Business Management School" MMC ölkəmizin təlim sektorunda HR təlimlərinin əsasını qoymuş, 2015-ci ildən indiyə kimi HR üzrə ən çox növdə və sayda təlimlər təşkil edərək keçirmiş və bu sahədə ən çox məzunu olan öncül təlim mərkəzlərindəndir. Hazırda da mütəmadi və periyodik olaraq HR sahəsində 15-dən çox fərqli təlim təşkil etməkdəyik. Bu təlimlərdən biri də "Əmək Qanunvericiliyi, Kargüzarlıq və Praktiki ƏMAS" təlimidir. Hansı ki bu təlim BMS-in ilk təlimi olmuşdur və fəaliyyətinə məhs bu təlimin təşkili ilə başlamışdır. 

"Əmək Qanunvericiliyi, Kargüzarlıq və Praktiki ƏMAS" təlimi 3 peşəkar təlimçi tərəfindən tədris edilməkdədir. 28 saat müddətində olan təlim 7 həftə davam edir. İndiyə kimi bu təlimi 102 dəfə uğurla təşkil edərək keçirmişik.  

Təlim kimlər üçün nəzərdə tutulub?


- Bu təlim İnsan Resursları İdarəçiliyinin bütün istiqamətləri üzrə çalışan və tutduğu vəzifədən asılı olmayaraq hər kəs üçün çox vacib və faydalıdır. 

Siz bu təlimdə iştirak etməklə Əmək qanunvericiliyini, kadr sənədləşməsini və ƏMAS-da işləməyi bütün xırdalıqları ilə və əhatəli formada dərindən mənimsəyərək öyrənəcək, iş prosesində ondan səlis istifadə praktikasına yiyələnəcəksiniz. 

TƏLİM PROQRAMI - MÜNDƏRİCATI 

Əmək qanunvericiliyi, Kadr İnzibatçılığı | Müşfiq Əmircanov | 28 saaat
  1. Əmək qanunvericiliyinin və əmək münasibətlərinin əsas anlayışları
  2. İşə qəbul sənədləşməsi və əmək münasibətlərinin yaradılması
  3. Əmək müqaviləsinin bağlanması, məzmunu, əmək müqaviləsinin müddəti, ƏMAS sistemi
  4. Tibbi arayışların alınması, dövrü tibbi müayinələr
  5. İşçi hərəkətliliyi (vəzifə dəyişikliyi, digər işçinin əmək funksiyasının icrası və s.) rəsmiləşdirilməsi
  6. Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
  7. İşçilərin iş vaxtı və istirahət hüquqları (İş vaxtı anlayışı və onun növlərinin izahı, əlavə saatlarda işə cəlb olunma, istirahət vaxtı və istirahət hüquqları)
  8. Ezamiyyətlərin rəsmiləşdirilməsi
  9. Məzuniyyət növləri və sənədləşmə
  10. Əmək müqaviləsinə xitam və xitam prosedurları
  11. İntizam tənbehlərinin tətbiqi qaydaları
  12. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət (cərimələr, risklər və s.)
  13. Məşğulluq sahəsində kadr inzibatçılığı

 

ƏMAS-da Praktiki İş Təlimi | Aysel Şıxəliyeva | 4 saat


   14. ƏMAS-da Praktiki İş Təlimi
- ƏMAS nədir?
- ƏMAS-da vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi
- Struktur əməliyyatları (strukturun nüsxələnməsi, yeni təşkilatı strukturun yaradılması)
- Ştat vahidinin yaradılması, ləğvi, vakansiya elan olunması, tutulmuş ştatın vakant elan olunması
- İşə qəbul prosesinin rəsmiləşdirilməsi (işçiyə aid əlillik və köhnə müqavilələrin əks olunması)
- ƏMAS.da əmək müqaviləsi şərtlərinin qeyd olunması
- Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin əldə olunması
- Əmək müqaviləsinə dəyişiklik
- Əmək müqaviləsinə xitamın rəsmiləşdirilməsi
- Məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi
- ƏMAS.da hesabatlılıq ( qüvvədə olan, qüvvədən düşən, icrada olan və imzaya göndərilən əmək müqavilələri)
- Əmrlərin reyestri (xitam və məzuniyyət)
- Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər

Təlimin ümumi müddəti 28 saatdır.
Təlim həftənin şənbə günləri, saat 14:30-dan 18:30-adək (və ya 10:00-14:00 aralığında) olmaqla 4 saat müddətidən keçirilir və 7 həftə davam edir.
 

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər