"Business Management School" MMC olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsindəki zəngin və uğurlu təcrübəmiz əsasında hazırladığımız və təşkil etdiyimiz "İstedadların cəlbi və müsahibə texnikaları" təliminin 15-ci sessiyasına qeydiyyatları açıq elan edirik.
Təlim kimlər üçün nəzərdə tutulub?
- İşə qəbul üzrə mütəxəssis və rəhbərlər
- İşə qəbul prosesini icra edən HR-lar
- İşə qəbul prosesində iştirak edən rəhbərlər
Bir yerdə öyrənib, təyin edəcəyik:
1. Öz bilik və bacarıqlarını sata bilən namizədlərə aldanmayıb, necə səriştəli və perspektivli namizədləri seçəcəyimizi;
2. Namizəd yalnız bilik və bacarıqlarına görə qiymətləndirilib işə götürülür. Əslində isə bu belə deyil, diqqətimizdən qaçan vacib digər məqamları necə təyin edəcəyimizi;
3. Əgər yaxşı iş şərtləri ilə istənilən namizədi cəlb etmək olar fikrindəsinizsə, yanılırsız. Namizəd cəlbi zamanı çox vacib detallara fokuslanmağı;
4. Namizəd sayına deyil, keyfiyyətə fokuslanmağı;
5. Müsahibədə şablon sual verməyi deyil, namizədin öz səriştələrini nümayiş etdirə bilməsi üçün nələr edə biləciyimizi.
1: İstedadların cəlbi anlayışı?
- İşə qəbul və istedadların cəlbi arasındakı fərqlər
- İstedadların cəlbinin biznes uğurundakı rolu
- Müasir işə qəbul tendensiyaları və çağırışlar
2: Kadr planlaması və onun istedad cəlbi prosesinə təsiri
- Strateji işçi qüvvəsi planlaması və proqnozlaşdırma
- Ehtiyac duyulan bacarıqların və vakansiyaların müəyyənləşdirilməsi
- Səriştəlilik, qurumun səriştəlilik paketinin hazırlanması
3: Namizəd axtarışı və cəlbetmə strategiyaları
- Aktiv və passiv namizəd axtarışı üsulları
- Boolean axtarış və qabaqcıl axtarış texnikaları
- Sosial mediada işə qəbul (LinkedIn, Facebook, X və s.)
- İşə tövsiyə proqramları (referral metod) və iş elanları platformaları
4: Namizədlərin seçilməsi və qiymətləndirilməsi
- CV və ilkin seçim prosesi
- İşə qəbul testləri və AI texnologiyalarından istifadə
- Kompetensiyaya əsaslanan müsahibə texnikaları
- Qərəzsiz işə qəbul və müxtəlifliyin idarə olunması
- Background check və referans yoxlamaları
5: Effektiv müsahibə və qiymətləndirmə texnikaları
- Davranışa əsaslanan və situasiyalı müsahibələr
- Strukturlaşdırılmış və qeyri-strukturlaşdırılmış müsahibələr
- Strukturlaşdırılmış müsahibə texnikaları: STAR, CAR, PAR, SOAR metodları
- Alternativ müsahibə yanaşmaları: BART, TORC, SBI, ERE metodları
- Simulyasiya və rol oyunları
6: Namizəd təcrübəsi, işəgötürən brendi və iş təklifi
- Maaş benchmarking və təklif strategiyaları
- İş təkliflərinin effektiv təqdim olunması
- Təkliflərin qəbul olunma ehtimalını artırmaq
- Onboarding (İşə adaptasiya) prosesinin təşkili
- İşəgötürən brendi və işçilər üçün dəyər təklifi (EVP) və effektiv namizəd təcrübəsi
7: Məlumat əsaslı işə qəbul və analitika
- Əsas işə qəbul göstəriciləri (KPİ) (işə qəbul müddəti, işə qəbul xərci və s.)
- Analitika və məlumatlardan istifadə
- HR texnologiyaları və süni intellektin tətbiqi
8: İstedad cəlbinin hüquqi aspekti, uyğunluq, etika və gələcək trendlər
- Əmək qanunvericiliyi və işə qəbul qaydaları
- Beynəlxalq işə qəbul qanunları və uyğunluq (EEO, GDPR və s.)
- İşə qəbulda etik normalar və məsuliyyətlər
- Gələcəyin işə qəbulu: Süni intellekt, uzaqdan iş və qiq iqtisadiyyat
9. Headhunting
- Headhanting nədir?
- Headhanting tarixi, dünyada maraqlı headhunting gedişləri
- Headhanting zamanı yaşa biləcəyiniz çıxılmaz vəziyyətlər
- Nə üçün Headhanting metodundan istifadə edilməlidir?
- Headhanting prosesi
- Axtarış texnikaları
- Proaktiv axtarış və kütləviləşmək
- BooLean axtarış texnikası
- Talent Mapping strategiyası
- Cold Outreach texnikası
- Matching texnikası
Təlimin ümumi müddəti 20 saatdır.
Təlim həftənin 2-ci və 4-cü günləri, saat 19:00-21:00 aralığında olmaqla keçirilməkdə və 5 həftə davam etməkdədir.
Növbəti sessiya 12 aprel tarixində start götürəcək.