Yanğının qarşısının alınması və fövqəladə vəziyyətdə düzgün davranış insanların təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Təlim iş yerində yanğın təhlükələrinin müəyyənləşdirilməsini, xəbərdarlıq və təxliyə qaydalarını, ilkin müdaxilənin təhlükəsizlik sərhədlərini əhatə edir.
Təlim kimlər üçündür?
Müəssisələrin bütün əməkdaşları;
Yanğın təhlükəsizliyi üzrə məsul şəxslər;
Təxliyə koordinatorları və mərtəbə məsulları;
İnzibati, təsərrüfat və mühafizə heyəti;
Sahə rəhbərləri və SƏTƏM mütəxəssisləri.
Təlim iştirakçıları nələr qazanacaqlar?
İştirakçılar yanğın risklərini tanımaq, siqnal zamanı düzgün hərəkət etmək və təxliyə qaydalarına əməl etmək bacarıqları əldə edəcəklər. Yanğınsöndürmə vasitələrinin təyinatını və təhlükəsiz istifadə şərtlərini öyrənəcəklər.
Təlim metodu
Vizual təqdimat, hadisə ssenariləri, təxliyə planı üzərində məşğələ və uyğun təhlükəsiz sahədə yanğınsöndürmə vasitələri ilə nəzarətli praktika.
Təlimin qısa təsviri
Yanğınların profilaktikası, təhlükəsiz təxliyə və fövqəladə hallarda ilkin reaksiyanın təşkili üzrə nəzəri və praktiki təlim.
Təlimin proqramı — mündəricat
Yanmanın əsasları və alışma mənbələri;
İş yerlərində tipik yanğın təhlükələri;
Yanğınların profilaktikası və gündəlik yoxlamalar;
Yanğın sinifləri və söndürmə vasitələrinin seçilməsi;
Siqnalizasiya və fövqəladə məlumatvermə;
İlkin müdaxilənin şərtləri və geri çəkilmə qərarı;
Təxliyə yolları, çıxışlar və toplanış məntəqələri;