Bu proqram əməkdaşlara süni intellekt alətlərindən gündəlik iş proseslərində praktiki şəkildə istifadə etməyi öyrətmək və onların iş sürətini, məhsuldarlığını və nəticələrin keyfiyyətini artırmaq üçün hazırlanmışdır. Proqram nəzəri AI biliklərindən çox real iş tapşırıqlarının AI vasitəsilə daha sürətli və effektiv yerinə yetirilməsinə fokuslanır.
Təlimin məqsədi
İştirakçıların AI-ni sadəcə sual-cavab aləti kimi deyil, gündəlik işdə araşdırma, analiz, yazı, planlaşdırma, görüşlərin idarə edilməsi, layihə işi və problem həllində istifadə olunan praktiki iş tərəfdaşı kimi tətbiq etməsini təmin etmək.
Təlimin gözlənilən nəticələri
• Tapşırığa uyğun AI alətini seçmək və şəxsi AI Toolkit yaratmaq
• Daha effektiv və strukturlaşdırılmış prompt-lar hazırlamaq
• PDF, Word, presentation və digər sənədləri sürətli analiz etmək
• Research aparmaq, mənbələri müqayisə etmək və insight hazırlamaq
• Spreadsheet və business data üzərində ilkin analiz aparmaq
• Professional email, report, summary və presentation content hazırlamaq
• Görüşləri qərar və action plan-a çevirmək
• Project brief-dən plan, WBS, timeline və dependencies yaratmaq
• Business problemlərini strukturlaşdırmaq, alternativ həllər və tövsiyələr hazırlamaq
• Öz real iş task-ı üçün təkrar istifadə edilə bilən AI workflow yaratmaq
Təlim metodologiyası
• Learn → Practice → Apply
• Real business scenarios
• Live demonstrations
• Individual və group exercises
• Case studies
• Real workplace tasks
• Prompt improvement exercises
• AI tool comparison
• Final practical workshop
Proqramın əsas dəyəri
• Daha sürətli sənəd və məlumat analizi
• Daha sürətli research və insight hazırlanması
• Email, report və business communication üçün daha az vaxt
• Görüşdən action plan-a daha sürətli keçid
• Problemlərin daha sistemli analiz edilməsi
• Şəxsi AI productivity workflow yaradılması
Təlim proqramı
Təlim həftənin bazar günləri, saat 14:30-dan 18:30-adək olmaqla həftədə 1 dəfə və 4 saat müddətində tədris edilməkdədir.