HRPM (HR Project Management) təlimi HR mütəxəssislərinə layihə əsaslı düşüncə və idarəetmə bacarıqları qazandırmaq üçün hazırlanmış praktik proqramdır.
Müasir HR funksiyası artıq yalnız əməliyyat və sənədləşmə ilə məhdudlaşmır. Yeni performans sistemi qurmaq, onboarding modelini yeniləmək, mədəniyyət dəyişikliyi aparmaq, HRIS tətbiq etmək – bunların hamısı layihədir.
Bu təlim HR təşəbbüslərini:
HRPM təlimi klassik layihə idarəetmə biliklərini HR kontekstinə uyğunlaşdırır və real iş mühitində tətbiq oluna bilən alətlərlə zənginləşdirir.
Təlim Kimlər Üçündür?
- Bu proqram HR sahəsində çalışan mütəxəssislər üçün hazırlanıb.
Əgər siz:
HRPM təlimi sizin üçün praktik alətlər təqdim edəcək.
Bu Təlimdə İştirak Sizə Nə Qazandıracaq?
Təlimi tamamladıqdan sonra siz:
✔ HR layihələrini startdan bağlanışa qədər sistemli idarə edə biləcəksiniz
✔ SMART məqsədlər, WBS, RACI, Risk Matrisi və Gantt alətlərini HR kontekstində tətbiq edəcəksiniz
✔ Stakeholder və change faktorlarını daha effektiv yönləndirəcəksiniz
✔ HR layihələri üçün ölçülə bilən KPI-lar formalaşdıracaqsınız
✔ Status report və dashboard hazırlaya biləcəksiniz
✔ Layihələrin nəticələrini biznes dili ilə təqdim edə biləcəksiniz
Nəticə olaraq siz daha strukturlaşdırılmış işləyən, riskləri öncədən görən, nəticələri ölçən, HR təşəbbüslərinə real dəyər qazandıran bir HR peşəkarına çevriləcəksiniz.
Mövzular:
• HR funksiyasının dəyişimi: əməliyyatdan strategiyaya
• HR menecerin yeni rolu: “Change Agent” və “Project Sponsor” olaraq
• Layihə və əməliyyat fərqi – HR kontekstində misallar
• HR sahəsində layihə əsaslı yanaşmanın tətbiq imkanları
Praktik Tapşırıq:
• “HR funksiyalarından hansıları layihə kimi idarə olunmalıdır?” – qrup məşqi və müzakirə
Mövzular:
• HR layihələrinin əsas kateqoriyaları: strukturlaşdırma, mədəniyyət dəyişimi, sistem qurmaq
• Layihənin komponentləri: məqsəd, nəticə, fayda, maraqlı tərəflər
• Layihənin Yaşam Dövrü: HR kontekstində 5 mərhələ (Start – Plan – Execute – Monitor – Close)
Praktik Tapşırıq:
• HR layihəsinin dövrü üzrə xronoloji xəritə hazırlamaq (nümunə: yeni performans sistemi qurmaq)
Mövzular:
• Stakeholder Management: kimlər HR layihələrini “batıra” bilər?
• Power–Interest Matriksi ilə maraqlı tərəflərin təhlili
• Əhatə dairəsinin müəyyənləşdirilməsi: “Scope Creep” təhlükəsi
• Change Management elementlərinin tətbiqi
Praktik Tapşırıq:
• Öz HR layihən üçün Power–Interest Matriksi tərtib et
Mövzular:
• Layihə məqsədlərinin SMART formatında qurulması
• WBS (Work Breakdown Structure): HR layihələrinə tətbiqi
• Tapşırıqların planlaşdırılması: Gantt chart, Milestones Praktik
Tapşırıq:
• HR layihəsi üçün WBS cədvəli hazırlamaq (məsələn, onboarding sisteminin yenilənməsi)
Mövzular:
• HR layihələrində tipik risklər: daxili müqavimət, dəstək çatışmazlığı, dəyişiklik qorxusu
• Risklərin prioritetləşdirilməsi: Risk Matriksi
• Resurs Planlaması: insan, vaxt, texnologiya
Praktik Tapşırıq:
• HR layihəsi üçün risk analizi tablosu hazırlamaq
Mövzular:
• Layihə komandasında rollar və məsuliyyət: RACI Matriksi
• Əlaqə planı: kimə, nə vaxt, hansı formatda
• Görüşlərin planlaşdırılması və status reportlar Praktik
Tapşırıq:
• HR layihəsinə uyğun RACI cədvəli yarat və bir “Status Update” şablonu hazırla
Mövzular:
• Layihə performans indikatorları (Input – Output – Outcome)
• KPI-ların təyini (Məsələn: təlim sonrası tətbiq faizi)
• HR Dashboard və status reportların hazırlanması
Praktik Tapşırıq:
• HR layihəsi üçün KPI və ölçmə planı dizayn et
Mövzular:
• Lessons Learned: HR layihələrindən nə öyrəndik?
• Dəyişikliklərin davamlılığı üçün plan: Change Champions
• Layihənin nəticələrinin şəxsi inkişaf planlarına inteqrasiyası (IDP) Praktik
Tapşırıq:
• Bir HR layihəsinin bağlanış və lessons learned sənədini hazırlamaq