Təsvir:
İnsan resursları proseslərinin, texnologiyalarının, məlumat keyfiyyətinin və avtomatlaşdırma səviyyəsinin qiymətləndirilməsi. İnsan resursları proseslərinin mərhələli rəqəmsallaşdırılması və avtomatlaşdırılması planının hazırlanması. Təşkilatın gələcək insan resursları informasiya sistemindən gözləntilərinin funksional və texniki tələblərə çevrilməsi.
Müştəriyə təqdim edilən nəticələr:
Rəqəmsal yetkinlik qiymətləndirilməsi, boşluqlar, prioritetləşdirilmiş inkişaf sahələri. Rəqəmsal yol xəritəsi, prioritet layihələr, mərhələlər, resurs və asılılıqlar. Funksional tələblər sənədi, proses tələbləri, hesabat və inteqrasiya tələbləri.
Müddət: 2–6 həftə.
Xidmətin biznesə faydası:
Texnologiya investisiyalarından əvvəl hansı problemlərin həqiqətən həll edilməli olduğunu müəyyən edir. Parçalanmış texnologiya alışlarının qarşısını alır və vahid rəqəmsal inkişaf istiqaməti yaradır. Proqram təminatının biznes ehtiyaclarına uyğun seçilməsi üçün dəqiq baza yaradır.
Təsvir:
Mövcud proqram təminatlarının təşkilatın tələblərinə uyğunluğunun obyektiv şəkildə müqayisəsi.
Müştəriyə təqdim edilən nəticələr:
Seçim meyarları, təchizatçı müqayisəsi, funksional uyğunluq matrisi, tövsiyə hesabatı.
Müddət: 2–4 həftə.
Xidmətin biznesə faydası:
Uyğun olmayan sistemə investisiya qoyuluşu və sonradan bahalı dəyişikliklər etmək riskini azaldır.
Təsvir:
Əl əməyinə əsaslanan və təkrarlanan insan resursları proseslərinin avtomatlaşdırılması üçün hədəf proseslərin hazırlanması. İşçi və rəhbərlərin müəyyən insan resursları əməliyyatlarını birbaşa rəqəmsal sistem üzərindən icra etməsi modelinin hazırlanması. İnsan resursları məlumatlarının saxlanması, yenilənməsi, keyfiyyəti və sahiblik prinsiplərinin sistemləşdirilməsi. İnsan resurslarının idarə edilməsi proseslərinin, modullarının, funksiyalarının, əməliyyatlarının tam avtomatlaşdırılması.
Müştəriyə təqdim edilən nəticələr:
Avtomatlaşdırılmış proseslər, proqram təminatı.
Müddət: 8–48 həftə.
Xidmətin biznesə faydası:
İnzibati iş yükünü və əməliyyat səhvlərini azaldır. İnsan resursları komandasının inzibati yükünü azaldır və xidmət sürətini artırır. Yanlış və natamam məlumatlardan yaranan hesabat və qərar risklərini azaldır. Biznesin effektivliyini, səmərəliliyini artırır.