Yadda qalan təlimlər necə yaranır? Kouçinq yanaşması ilə müasir təlimçilik
Yaxşı təlimçi ən çox məlumat verən deyil, iştirakçının ən çox düşünməsinə şərait yaradan təlimçidir.
Təlimçinin əsas vəzifəsi yalnız bilik ötürmək deyil. Güclü təlimçi iştirakçını düşünməyə, sual verməyə, öz təcrübəsini təhlil etməyə və nəticəyə özü gəlməyə cəlb edə bilir.
“Təlimdə Kouçinq Yanaşması” proqramı təlimlərini daha interaktiv, düşündürücü və yadda qalan etmək istəyən təlimçilər və ekspertlər üçün hazırlanıb.
Bu proqramda iştirakçı passiv dinləyicidən aktiv öyrənənə çevrilir, təlimçi isə məlumat ötürən şəxsdən öyrənmə prosesini yaradan və fasilitasiya edən peşəkara çevrilir.
TƏLİMİN MƏQSƏDİ
İştirakçıya hazır cavabları vermək əvəzinə, onun öz cavabını tapmasına şərait yaradan təlimçilik yanaşmasını formalaşdırmaq.
Proqram təlimçinin:
- Kouçinq yanaşmasından istifadə etməsi;
- Düzgün suallar verməsi;
- İştirakçını düşünməyə və prosesə qoşulmağa təşviq etməsi;
- Auditoriya ilə etibar və bağlantı yaratması;
- Müzakirə və fasilitasiyanı idarə etməsi;
- Çətin suallar və auditoriya davranışları ilə işləməsi;
- Yadda qalan və təsirli öyrənmə təcrübəsi yaratması üzərində qurulub.
PROQRAMDAN SONRA NƏYİ FƏRQLİ EDƏCƏKSİNİZ?
Bu proqramdan sonra iştirakçı:
- Məlumatı sadəcə izah etmək əvəzinə, düşündürməyi öyrənəcək.
- Hazır cavab vermək əvəzinə, düzgün suallarla iştirakçının öz cavabını tapmasına şərait yaradacaq.
- Auditoriyanı dinləyici kimi deyil, öyrənmə prosesinin iştirakçısı kimi görəcək.
- Təlimi mövzu izahından öyrənmə təcrübəsinə çevirməyə başlayacaq.
- Və ən əsası, təlimçi kimi özünün auditoriyadakı roluna fərqli baxacaq.
KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?
- Korporativ və müstəqil təlimçilər
- Daxili təlimçilər
- Təlimçilik fəaliyyətinə yeni başlayanlar
- Öz ekspertliyini təlim vasitəsilə paylaşan peşəkarlar
- Fasilitasiya bacarıqlarını inkişaf etdirmək istəyənlər
- Auditoriya ilə daha effektiv işləmək istəyən ekspert və menecerlər
TƏLİMİN FORMATI
1 tam gün
Proqram nəzəri məlumatların ötürülməsi ilə məhdudlaşmır. Gün ərzində praktiki çalışmalar, müzakirələr, situasiya üzərindən tapşırıqlar və iştirakçıların öz təlimçilik yanaşmaları üzərində işi nəzərdə tutulur.
TƏLİM PAKETİNƏ DAXİLDİR:
- Otel formatında təlim məkanı
- Nahar
- 2 dəfə Coffee break
- Təlim materialları
- İştirak sertifikatı
TƏLİM PROQRAMI:
1. Təlimçi kimliyi və şəxsi üslub
- Təlimçi kimi öz üslubunu formalaşdırmaq, auditoriya qarşısında təbii və inandırıcı görünmək.
2. Kouçinq yanaşması ilə fasilitasiya
- İştirakçının düşünməsini və öz nəticəsinə gəlməsini təmin edən fasilitasiya yanaşmaları.
3. Güclü suallar vermək
- Məlumatı izah etməkdən daha çox, düzgün suallarla düşüncə yaratmaq.
4. İştirakçını prosesə cəlb etmək
- Passiv dinləyicini aktiv iştirakçıya çevirmək və təlimdə qarşılıqlı öyrənmə mühiti yaratmaq.
5. Auditoriya ilə bağlantı yaratmaq
- İştirakçıların diqqətini, etibarını və marağını qorumaq.
6. Yadda qalan təlim dizayn etmək
- Təlimi sadəcə məlumat ötürülən sessiya deyil, düşüncə və fərqindəlik yaradan öyrənmə təcrübəsinə çevirmək.
7. Çətin auditoriya və suallarla işləmək
- Müxtəlif iştirakçı profilləri, gözlənilməz suallar və çətin situasiyalar qarşısında effektiv davranmaq.
Təlimin 07 noyabr baş tutması planlaşdırılır.
Təlimin keçiriləcəyi məkan: İBİS Hotel Baku