Effektiv daxili audit biznes proseslərini anlamaq, riskləri düzgün qiymətləndirmək, nəzarət mexanizmlərinin effektivliyini yoxlamaq və rəhbərliyə əsaslandırılmış nəticələr təqdim etmək deməkdir.
Praktiki Daxili Audit Təlimi iştirakçılara daxili audit prosesini başlanğıcdan yekun hesabatadək sistemli şəkildə öyrətmək üçün hazırlanıb. Təlim nəzəri biliklərlə yanaşı real biznes prosesləri, praktiki tapşırıqlar, audit sənədləri və end-to-end audit simulyasiyası üzərində qurulur.
Təlimin əsas məqsədi iştirakçıların risk əsaslı daxili audit yanaşmasını praktik şəkildə mənimsəməsi və müstəqil audit tapşırığını planlamaq, icra etmək və nəticələrini peşəkar hesabat şəklində təqdim etmək bacarığını inkişaf etdirməkdir.
Təlimin sonunda iştirakçılar:
Təlim kimlər üçündür?
Praktiki yanaşma
Bu proqramın əsas fərqi mövzuların yalnız nəzəri izahı ilə kifayətlənməməsidir.
Təlim müddətində iştirakçılar real audit işində istifadə olunan yanaşmalar üzərində işləyəcək, prosesləri təhlil edəcək, risk və nəzarətləri müəyyənləşdirəcək, audit testləri hazırlayacaq və audit tapıntılarını strukturlaşdıracaqlar.
Proqram boyunca əsas praktiki case kimi Satınalmadan Ödənişə - Procure-to-Pay prosesi istifadə
Təlimin proqramı:
Daxili auditin məqsədi, biznesə verdiyi dəyər və təşkilat daxilində rolu. Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə arasındakı əlaqə.
Ənənəvi audit yanaşmasından risk əsaslı auditə keçid. Əsas biznes risklərinin müəyyən edilməsi və audit resurslarının risklərə uyğun istiqamətləndirilməsi.
Şirkətin audit oluna bilən fəaliyyət sahələrinin müəyyənləşdirilməsi, Audit Universe-in hazırlanması, risklərin qiymətləndirilməsi və illik audit planının formalaşdırılması.
Proses risklərinin, mövcud nəzarət mexanizmlərinin və audit testlərinin vahid strukturda əks etdirilməsi. Praktiki RCM hazırlanması.
Audit tapşırığının düzgün çərçivələndirilməsi, audit məqsədlərinin müəyyən edilməsi, scope-un formalaşdırılması və qiymətləndirmə meyarlarının seçilməsi.
Procure-to-Pay prosesinin real audit nümunəsi üzərindən təhlili. Satınalma tələbindən təchizatçının seçilməsi, sifariş, mal və xidmətlərin qəbulu, faktura və ödəniş mərhələlərinədək əsas risk və nəzarətlərin qiymətləndirilməsi.
Proses sahibləri ilə görüşlərin keçirilməsi, proses addımlarının izlənilməsi, nəzarət nöqtələrinin müəyyən edilməsi və prosesin audit baxımından sənədləşdirilməsi.
Nəzarətlərin dizaynının və əməliyyat effektivliyinin yoxlanılması, substantiv testlər, sənədlərin yoxlanılması, müşahidə, yenidən hesablama və digər audit prosedurları.
Audit seçməsinin əsas prinsipləri, nümunə seçiminin aparılması və audit nəticələrini dəstəkləyən kifayət və uyğun sübutların əldə olunması.
Audit zamanı düzgün sualların hazırlanması, effektiv müsahibənin aparılması, məlumatların dəqiqləşdirilməsi və proses sahibləri ilə peşəkar kommunikasiya.
Fraud risklərinin müəyyən edilməsi, xəbərdaredici indikatorlar — red flags, şübhəli əməliyyatların aşkar olunması və məlumat analitikasının audit prosesində istifadəsi.
Audit müşahidəsinin sadəcə problem kimi deyil, strukturlaşdırılmış tapıntı kimi təqdim edilməsi. Mövcud vəziyyət, meyar, səbəb, risk/təsir və tövsiyənin düzgün formalaşdırılması.
Audit tapıntılarının risk səviyyəsinin müəyyən edilməsi, prioritetləşdirilməsi, rəhbərlik üçün aydın və qərarverməyə yararlı audit hesabatının hazırlanması.
İştirakçılar öyrəndikləri metodologiyanı vahid praktiki case üzərində tətbiq edirlər:
Risklərin müəyyən edilməsi → Audit planlaması → RCM → Walkthrough → Testlər → Audit sübutları → Tapıntılar → Risk reytinqi → Audit hesabatı