"Business Management School" MMC Qeyri-maliyyəçilər üçün Maliyyə təliminə qeydiyyatı açıq elan edir.
Niyə bu təlim?
Gəlirlər və xərclər, mənfəət və səmərəlilik, layihələr və investisiyalarla bağlı müzakirələrdə özünüzü itirdiyinizi hiss etmisinizsə, tək deyilsiniz. Bu proqram maliyyə anlayışlarını sadələşdirir və onların işinizə necə təsir etdiyini göstərir. Aydın izahatlar, praktik nümunələr və praktiki məşqlərlə siz maliyyə məlumatlarından səmərəli istifadə etmək üçün inam qazanacaqsınız.
Bu təlim kimin üçündür:
Maliyyə hesabatları, büdcələr və ya rəqəmlərlə işləyib, lakin onların mənası ilə bağlı qeyri-müəyyənlik hiss edənlər;
Gündəlik işi ilə əlaqədar maliyyə komandaları ilə əməkdaşlıq edib effektiv ünsiyyət qurmaq istəyənlər;
Gəlir və xərclər, mənfəət, büdcələr və ya yeni layihələr haqqında əsaslandırılmış qərarlar qəbul etmək istəyənlər;
Təşkilatının maliyyə sistemini anlamaq və onun sağlamlığını qiymətləndirib dəyər qatmaq istəyənlər.
Təlimin Sonunda Nə Öyrənəcəksiniz?
Şirkətlərdə mühasibatlıq və maliyyə sisteminin necə qurulduğunu;
Maliyyə hesabatlarının əsaslarını (mənfəət-zərər hesabatı, balans hesabatı, pul vəsaitlərinin hərəkəti);
Biznesin necə getdiyini göstərən əsas rəqəmlərin necə hesablandığını;
Büdcələrin necə tərtib edildiyini və büdcə nəzarətinin necə qurulduğunu;
Xərclər, qənaət və investisiyalar haqqında daha yaxşı qərarlar qəbul edillməsi üçün anlayışları;
Doğru terminlərdən istifadə edərək maliyyə komandaları ilə daha anlaşıqlı ünsiyyət qurmağı.
Təlimin ümumi müddəti 12 saatdır.
Təlim həftənin 3-cü günləri saat 19:00-dan 21:00-a kimi və 6-cı günləri isə 16:00-dan 18:00-a kimi keçirilir və 3 həftə davam edir.