Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi Təlimi

Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi Təlimi

Kargüzarlıq və Elektron Sənəd Dövriyyəsi Təlimi

Təlimin məqsədi

Təlimin məqsədi iştirakçılara təşkilat daxilində kargüzarlıq və sənəd dövriyyəsi proseslərini düzgün qurmaq, sənədlərlə işi sistemli aparmaq, arxiv proseslərini təşkil etmək və elektron sənəd dövriyyəsi alətlərindən səmərəli istifadə etmək üçün praktik bilik və bacarıqlar qazandırmaqdır.

 

Kimlər üçün nəzərdə tutulub?

  • Təlim aşağıdakı şəxslər üçün nəzərdə tutulub:
  • Dövlət qurumlarında və özəl şirkətlərdə kargüzarlıq və sənəd dövriyyəsinə cavabdeh əməkdaşlar;
  • Ofis menecerləri, inzibati heyət və katiblik əməkdaşları;
  • Arxiv və sənəd idarəetməsi üzrə əməkdaşlar;
  • Vətəndaş və müştəri müraciətləri ilə işləyən əməkdaşlar;
  • Elektron sənəd dövriyyəsi sistemindən istifadə edən və ya bu sahədə fəaliyyətə başlamaq istəyən şəxslər.

 

Təlimi başa vuran iştirakçı nə əldə edəcək?

  • Kargüzarlığın əsas prinsiplərini və sənəd dövriyyəsinin məntiqini anlayacaq;
  • Daxil olan və göndərilən sənədlərin qəbulu, qeydiyyatı, yönləndirilməsi və icrasına nəzarət proseslərini təşkil edə biləcək;
  • Vətəndaş müraciətlərinin qəbulu, qeydiyyatı, baxılması və cavablandırılması proseslərini daha sistemli idarə edəcək;
  • İşlərin nomenklaturası, arxivləşdirmə, saxlanma və sənədlərin məhv edilməsi ilə bağlı əsas iş prinsiplərini mənimsəyəcək;
  • Məxfi sənədlərlə iş zamanı tətbiq olunan təşkilati tələblər barədə anlayış əldə edəcək;
  • Elektron sənəd dövriyyəsi sistemində sənədin qeydiyyatı, icraya yönləndirilməsi, nəzarəti və arxivləşdirilməsi mərhələlərini praktik şəkildə tətbiq edə biləcək;
  • Elektron imzanın sənəd dövriyyəsində rolunu və tətbiq prinsiplərini anlayacaq.

 

Təlim metodikası

Təlim nəzəri izahlarla yanaşı, real iş proseslərinə yaxın praktik çalışmalar əsasında keçirilir. İştirakçılar sənəd qəbulu və qeydiyyatı, dərkənarın verilməsi, müraciətin yönləndirilməsi, cavab məktubunun hazırlanması, arxivləşdirmə və elektron sistemdə sənədin icrası kimi prosesləri simulyasiya edilmiş situasiyalar üzərində tətbiq edirlər.

Məqsəd yalnız qaydaları öyrənmək deyil, həmin qaydaları gündəlik iş prosesində düzgün tətbiq etmək bacarığı formalaşdırmaqdır.

Qeyd: Korporativ sifarişlər zamanı proqram təşkilatın fəaliyyət sahəsinə, istifadə etdiyi sənəd dövriyyəsi sisteminə və daxili prosedurlarına uyğunlaşdırıla bilər.

Təlim proqramı


Dərs 1. Sənəd və kargüzarlığa giriş

  • Sənəd anlayışı, onun idarəetmədə rolu və əhəmiyyəti
  • Sənədlərin əsas növləri və istifadə sahələri
  • Sənəd və kargüzarlığın inkişafına qısa baxış
  • Sənədlərlə işləyən əməkdaş üçün əsas peşəkar tələblər: diqqətlilik, məsuliyyət, məxfilik və təşkilatçılıq
  • Kargüzarlığın ümumi əsasları
  • Sənəd dövriyyəsi anlayışı və sənədin təşkilat daxilində hərəkəti

 

Dərs 2. Ümumi kargüzarlıq

  • Kargüzarlıq üzrə normativ-hüquqi çərçivəyə ümumi baxış
  • Qeydiyyat kitabları və uçot prinsipləri
  • Daxil olan sənədlərin qəbulu və qeydiyyatı
  • Dərkənarın verilməsi və icraçıya yönləndirmə
  • Cavab yazışmalarının təşkili
  • Sənədlərin razılaşdırılması
  • Sənədin təşkilat daxilində dövriyyə mərhələləri

 

Dərs 3. Vətəndaş müraciətləri ilə iş

  • Mövzu üzrə praktiki məşğələ
  • Vətəndaş müraciətləri üzrə normativ-hüquqi çərçivəyə ümumi baxış
  • Müraciətlərin qəbulu və qeydiyyatı
  • Müraciətlərə baxılması və cavablandırılması
  • İcra müddətinə və cavablandırmaya nəzarət
  • Vətəndaş qəbulunun təşkili

 

Dərs 4. Arxiv işinin təşkili

  • Arxiv işi üzrə normativ-hüquqi çərçivəyə ümumi baxış
  • Arxiv otağının və sənədlərin saxlanma şəraitinin təşkili
  • İşlərin nomenklaturasının hazırlanması və istifadəsi
  • Ekspert Komissiyasının rolu və iş prinsipləri
  • Sənədlərin saxlanma müddətləri üzrə qruplaşdırılması
  • Sənədlərin məhv edilməyə hazırlanması və prosesin sənədləşdirilməsi

 

Dərs 5. Sənədlərin çatdırılması və məxfi kargüzarlıq

  • Poçt və çatdırılma xidmətləri ilə sənəd göndərişinin təşkili
  • Reyestrin hazırlanması və göndərişlərin uçotu
  • Məxfi kargüzarlığın təşkili prinsipləri
  • Məxfi sənədlərə buraxılış və giriş hüquqları
  • Məxfi sənədlərin qəbulu, qeydiyyatı, hərəkəti və cavablandırılması
  • Məxfilik və məlumat təhlükəsizliyi üzrə əsas davranış qaydaları

 

Dərs 6. Elektron sənəd dövriyyəsi və elektron imza

  • Elektron sənəd dövriyyəsi üzrə normativ-hüquqi çərçivəyə ümumi baxış
  • Elektron sənəd və elektron sənəd dövriyyəsi anlayışları
  • Brauzer və sistemdən təhlükəsiz istifadə prinsipləri
  • Elektron imzanın mahiyyəti və tətbiqi
  • Status və tapşırıq göstəricilərinin məntiqi
  • Elektron sənədin tərtibatı: blank, ölçü və əsas texniki tələblər

 

Dərs 7. Elektron sənəd dövriyyəsi sistemində sənədin qəbulu və qeydiyyatı

  • Sistemə daxilolma və istifadəçi interfeysi
  • İdarəetmə panelinin əsas funksiyaları
  • Daxil olan sənədlərin qəbulu və elektron qeydiyyatı
  • Qeydiyyatın düzgünlüyünə nəzarət
  • Sənəd üzrə dərkənarın verilməsi və icraçının müəyyənləşdirilməsi

 

Dərs 8. Elektron sistemdə sənədlərin icrası

  • Sənədin məlumat və icra üçün yönləndirilməsi
  • Sənədin icraya götürülməsi
  • İcra müddətinin dəyişdirilməsi və əsaslandırılması
  • İcraçının dəyişdirilməsi və sənədin yenidən yönləndirilməsi
  • Sorğunun hazırlanması
  • Cavab məktubunun hazırlanması və sistem üzərindən rəsmiləşdirilməsi

 

Dərs 9. Elektron sistemdə nəzarət, hesabat və arxiv

  • Sənədlərin nömrələnməsi və identifikasiyası
  • Şablon sənədlərin yaradılması və istifadəsi
  • Elektron arxivdən sənəd və çıxarışların əldə edilməsi
  • Vətəndaş müraciətləri üzrə hesabatların hazırlanması
  • Həvalə və tapşırıqların verilməsi
  • Yeni sənədin hazırlanması və dövriyyəyə daxil edilməsi
  • İcra vəziyyətinə və sənədin hərəkətinə nəzarət

 

Dərs 10. Yekun qiymətləndirmə və praktiki möhkəmləndirmə

  • Yekun imtahan
  • İmtahan suallarının və praktiki tapşırıqların müzakirəsi
  • Əsas mövzuların ümumiləşdirilməsi
  • Praktik hallarda yol verilən tipik səhvlərin təhlili
  • Sertifikatlaşdırma üçün yekun məlumatların rəsmiləşdirilməsi

 

Təlimin müddəti:

10 dərs (16 saat) 

Müraciət et

Populyar Təlimlər