0-dan başlayanlar üçün Layihələrin idarə edilməsi (PM) Təlimi

0-dan başlayanlar üçün Layihələrin idarə edilməsi (PM) Təlimi

Uğurlu layihə təkcə yaxşı ideya deyil, həm də düzgün idarəetmə deməkdir. "0-dan Layihə İdarəetməsi" təlimimizlə nəzəriyyəni praktika ilə birləşdirib, beynəlxalq standartlara (PMBOK) yiyələnəcəksiniz. Üstəlik, kursu ən yüksək nəticə ilə bitirən iştirakçılara karyera yolunda təlimçimiz tərəfindən ödənişsiz mentorluq dəstəyi veriləcək.

 

Təlim kimlər üçündür?
  • Karyera qurmaq istəyənlər: PM sahəsinə sıfırdan və sağlam təməllə başlamaq istəyənlər.
  • Sahə dəyişənlər: Mövcud təcrübəsini idarəetmə bacarıqları ilə gücləndirmək istəyən mütəxəssislər.
  • Sahibkarlar: Öz biznesini və komandasını daha sistemli idarə etməyi hədəfləyənlər.
  • Gənc menecerlər: Beynəlxalq metodologiyalarla iş səmərəliliyini artırmaq istəyən rəhbərlər.

 

 Bu təlim sizə nə qazandıracaq?
  • İdarəetmə Modelləri: Həm klassik (Waterfall), həm də çevik (Agile) metodları tətbiq etmə bacarığı.
  • Praktiki Vərdişlər: Layihə nizamnaməsi, büdcə və zaman planlaması üzrə real alətlərlə iş təcrübəsi.
  • Resurs Menecmenti: Məhdud imkanlarla maksimum nəticə əldə etməyin yolları.
  • Sertifikat: Peşəkar hazırlığınızı təsdiq edən rəsmi sənəd.

 

Nə üçün məhz bu təlim?
  • Sistemli yanaşma: Mürəkkəb mövzuların ən sadə və anlaşıqlı izahı.
  • Real təcrübə: Yalnız quru qaydalar deyil, yerli bazarın reallıqlarına uyğun keyslərin təhlili.
  • Eksklüziv Mentorluq: Ən yaxşı məzunlar üçün təlimçimiz tərəfindən fərdi və ödənişsiz yönləndirmə fürsəti.

 

 

Təlimin məzmunu:


Giriş və PM ƏsaslarıLayihə nədir?
- Layihə menecerinin əsas bacarıqları və gündəlik fəaliyyəti; Layihənin həyat dövrləri (Predictive vs Agile). (2 saat)


Strateji Başlanğıc
- Layihənin biznes zərurəti; Project Charter (Nizamnamə) hazırlanması; Maraqlı tərəflərin (Stakeholders) müəyyən edilməsi və analizi. (3 saat)


Əhatə dairəsi (Scope) Planlaması
- Layihə tələblərinin toplanması; Scope Statement-in yazılması; İşlərin Struktur Bölünüşü (WBS) yaradılması. (2 saat)


Zaman və Cədvəl İdarəetməsi
- Tapşırıqların ardıcıllığı və asılılıqlar; Gantt diaqramı; Kritik yol (Critical Path) anlayışı və müddətin təxmin edilməsi. (3 saat)


Resurs və Büdcə
- Komanda üzvlərinin və maddi resursların planlanması; Layihə büdcəsinin formalaşdırılması; Xərclərin təxmin edilməsi metodları. (2 saat)


Kommunikasiya və Keyfiyyət
Kommunikasiya planının hazırlanması; Hesabatlılıq; Layihədə keyfiyyət standartları və nəzarət mexanizmləri. (3 saat)


Risklərin İdarə Edilməsi
- Risklərin identifikasiyası; Keyfiyyət və kəmiyyət analizi; Risklərə qarşı cavab strategiyalarının hazırlanması. (2 saat)


İcra, Monitorinq və Bağlanış
- Layihənin icrasına nəzarət; Dəyişikliklərin idarə olunması (Change Request); Layihənin uğurlu bağlanışı və "Lessons Learned".

 

Təlimin ümumi müddəti 20 saatdır.
Təlim həftənin 3-cü günləri, 19:15 - 21:15 aralığınıda və şənbə günləri saat 10:00-dan 13:00-adək olmaqla keçirilir və 4 həftə davam edir.
Növbəti sessiya 08 aprel tarixində start götürəcək. 

 

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər