Təsvir:
Fəaliyyət nəticələrinin, potensialın və karyera perspektivlərinin ölçülməsi üçün meyarların hazırlanması. Xidməti fəaliyyətin qiymətləndirilməsi üçün ilkin seçim meyarlarının müəyyənləşdirilməsi. Peşəkarlıq göstəricilərinin və fərdi keyfiyyət göstəricilərinin müəyyən edilməsi. Qiymətləndirmə sorğularının, formalarının və nəticələrin təhlili mexanizmlərinin hazırlanması. Əməkdaşların qiymətləndirmə nəticələri və karyera hədəfləri əsasında fərdi inkişaf planlarının hazırlanması. Təşkilat daxilində mümkün şaquli, üfüqi və funksiyalararası karyera keçidlərinin müəyyən edilməsi yolu ilə korporativ karyera xəritələrinin hazırlanması. Əməkdaşların rotasiyası və başqa vəzifələrə keçirilməsi üzrə meyarların və prosedurların hazırlanması. Kritik vəzifələr üçün potensial varislərin müəyyən edilməsi, inkişafı və hazırlıq səviyyəsinin izlənilməsi sisteminin qurulması. Qiymətləndirmənin nəticələrinin əmək bazarı və daxili imkanlara uyğun olaraq ədalət prinsipləri əsasında əməkhaqqı və motivasiya qərarlarına təsiri mexanizminin hazırlanması.
Müştəriyə təqdim edilən nəticələr:
Qiymətləndirmə meyarları, bal şkalaları, sorğular, qiymətləndirmə formaları, hesablama və təhlil modeli. Təlim tələblərinin (texniki biliklər, funksional biliklər, daxili təlimçilərin təlimi, mentorliq təlimləri, yumuşaq bacarıqlar) siyahısı. Potensial varislərin (kadr ehtiyatı bazası), daxili təlimçilərin, mentorların siyahısı. Fərdi inkişaf planları, inkişaf fəaliyyətləri və onların nəticələrin ölçülməsi mexanizmi. Karyera xəritələri və s.
Müddət: 4–24 həftə.
Xidmətin biznesə faydası:
Karyera inkişafı qərarlarının obyektivliyini artırır. İşçi və rəhbər potensialının sistemli müqayisəsinə imkan verir. Kritik vəzifələrin boş qalması riskini azaldır. Təlim və inkişaf investisiyalarını konkret kompetensiya boşluqlarına yönəldir. Əməkdaşlara inkişaf perspektivi verir və daxili mobilliyi artırır. Daxili kadr potensialından daha effektiv istifadə etməyə imkan verir. İdarəetmənin davamlılığını və kritik pozisiyalar üzrə biliklərin, bacarıqların, təcrübənin təşkilatda saxlanmasını təmin
Təsvir:
Yüksək performanslı, yüksək potensiallı və kritik əməkdaşların müəyyən edilməsi, inkişafı və saxlanılması üzrə vahid modelin hazırlanması. Rəhbərliyin işçi potensialını və inkişaf prioritetlərini dövri şəkildə müzakirə etdiyi qiymətləndirmə və inkişaf mexanizminin hazırlanması. Əməkdaşların fəaliyyət nəticələri və gələcək potensialı üzrə qruplaşdırılması sisteminin hazırlanması. Gələcəkdə daha böyük məsuliyyət götürmək potensialına malik əməkdaşların obyektiv meyarlarla müəyyən edilməsi. Müxtəlif istedad qrupları üçün fərqləndirilmiş inkişaf yollarının hazırlanması. Təşkilat üçün itirilməsi yüksək risk yaradan əməkdaşların müəyyən edilməsi və onların saxlanılması tədbirlərinin hazırlanması.
Müştəriyə təqdim edilən nəticələr:
Karyera inkişafı üzrə meyarlar, inkişaf çərçivəsi. Karyera müsahibələrinin strukturu. Rəhbərlərin və əməkdaşların peşəkarlıq və fərdi keyfiyyət göstəriciləri üzrə müvafiq olaraq X və Y oxunda əks edilən qrafik üzrə kateqoriyalaşdırılması. Hər kateqoriya üzrə karyera inkiaşafı, başqa işə keçirmə, təlim və inkişaf tələbləri, peşəkarlıq təlimləri, fərdi inkişaf təlimləri, motivasiya, rotasiya, mentorluq tədbirlərinin mexanizmi. Daxili kadr ehtiyatı bzası, davamçıların siyahısı. Yüksək potensiallı əməkdaşların siyahısı. Potensiallı və nəticə verəm əməkdaşların saxlanılması planları.
Müddət: 4–16 həftə.
Biznes faydası:
Təşkilatın ən dəyərli insan kapitalını sistemli şəkildə idarə etməsinə imkan verir. İstedadlarla bağlı qərarları ayrı-ayrı rəhbərlərin şəxsi yanaşmasından çıxararaq təşkilati prosesə çevirir. İnkişaf, saxlanma və varislik investisiyalarının hansı əməkdaşlara yönəldilməsini asanlaşdırır. Gələcək rəhbər və ekspert ehtiyaclarının daxili resurslar hesabına qarşılanmasını gücləndirir. Yüksək potensiallı əməkdaşların inkişaf sürətini artırır. Kritik bilik və kompetensiyanın təşkilatdan itirilməsi riskini azaldır.