HRM CP | SCP İmtahanına Hazırlıq: Sadəcə sertifikat əldə etməyin, qlobal səviyyəli HR liderə çevrilin.
İnsan Resursları sahəsində ən yüksək zirvəni hədəfləyirsinizsə, yolunuz SHRM (Society for Human Resource Management) sertifikasiyasından keçir. Amma bu yol sadəcə qalın kitabları oxumaqdan ibarət deyil. SHRM imtahanı biliklə yanaşı, strateji düşünmə tərzi, düzgün qərarvermə və "situativ analiz" qabiliyyəti tələb edir.
Bizim hazırlıq proqramımız məhz bu boşluğu doldurmaq üçün dizayn edilib. Bu kurs sizi sadəcə imtahandan keçirmək üçün yox, biznesin dilini anlayan strateji partnyor kimi yetişdirmək üçün hazırlanıb.
Niyə Məhz Bu Proqram?
Bazardakı standart kurslardan fərqli olaraq, biz sizə sadəcə "nəyi" öyrənməli olduğunuzu yox, "necə" düşünməli olduğunuzu öyrədirik.
Bu yolda bələdçiniz nəzəriyyəni real sektor təcrübəsi ilə birləşdirən peşəkardır: Aytən Cəbrayılzadə – SHRM-SCP sertifikatlı Öyrənmə və İnkişaf Eksperti
Təlim Prosesi və Resurslar
5 aylıq bu marafon zamanı siz tək qalmayacaqsınız:
- Dərinləşdirilmiş Materiallar: İmtahan fokuslu xüsusi qeydlər.
- İmtahan Simulyasiyası: Hər dərsdən sonra mövzu sınaqları, "knowledge base" yoxlamaları və geniş izahlı situativ suallar.
- Texniki Dəstək: İmtahan qeydiyyatı prosesində tam mentorluq.
- Vaxt İdarəetməsi: İmtahanda vaxtı necə bölmək və cavab seçmə texnikaları.
Kimlər İştirak Etməlidir?
Təlim Detalları:
Proqramın Strukturu (SHRM BASK Modeli)
Əsas fokusumuz: Strateji düşünmə, Biznes Zəkası (Business Acumen) və HR qərarlarının şirkət gəlirliliyinə təsirini anlamaqdır.
23 ayanvar 2026-ci il tarixində ödənişsiz webinar baş tutacaq. Webinarda iştirak üçün linkə daxil olaraq qeydiyyatdan keçin:
https://forms.gle/ZKQ1QkEwEU762jiKA