"Business Management School" MMC Rəhbərlər üçün Maliyyə təliminin növbəti sessiyasına qeydiyyatları açıq elan edir.
Bu proqram sizin üçündür, əgər:
Siz rəhbər vəzifədəsiniz və maliyyə hesabatlarını anlayıb təhlil etməli, maliyyə göstəriciləri əsasında idarəetmə qərarları qəbul etməlisinizsə;
Siz mühasibləri və maliyyəçiləri daha yaxşı başa düşmək, onlarla eyni dildə danışmaq və ya onların qarşısında daha aydın tapşırıqlar qoymaq və onların fəaliyyətinə nəzarət etmək istəyirsinizsə;
Sizin vəzifəniz xərcləri təhlil etmək və onları optimallaşdırmaq üçün mümkün həllər tapmaqla əlaqədardırsa;
Siz yeni layihənin/istiqamətin iqtisadi səmərəliliyini hesablamaq və ona investisiya etmək və ya etməmək barədə qərar qəbul etmək istəyirsinizsə.
Təlim nə haqqındadır?
Siz maliyyəçi deyilsiniz, lakin maliyyəçi həmkarınızla işləyərkən daim rəqəmlər və tam anlamadığınız anlayışlarla qarşılaşırsınız?
Şöbənin effektivliyini necə düzgün qiymətləndirəcəyinizə əmin deyilsiniz? Və ya maliyyə hesabatlarında deyilənləri rahatlıqla başa düşmürsünüz?
“Rəhbərlər üçün Maliyyə” təlimi Sizə rəhbər vəzifələrdə çalışan biri olaraq maliyyə haqqında sadə və əlçatan bir şəkildə danışmağa kömək edəcək.
Təlim ən zəruri məsələləri əhatə edir: hesabatlar, maliyyə göstəriciləri, büdcə, investisiyalar. Mövzunun daha yaxşı mənimsənilməsi üçün təlimdə keyslər və problemlərin təcrübi həlli üçün alətlərdən istifadə edilir. Rəhbərlər üçün maliyyə təlimi maliyyə idarəetməsi prosesinə kompleks baxışı inkişaf etdirmək məqsədi daşıyır: nə, nə səbəbdən və nə məqsədlə. Təlimdə nəticəsində siz mühasibləri və maliyyəçiləri daha yaxşı anlamağa, onlarla daha anlaşıqlı ünsiyyət qurmağa başlayacaqsınız.
Təlim nəticəsində Siz:
İstənilən şöbə və ya şirkətin fəaliyyətini obyektiv qiymətləndirməyi öyrənəcəksiniz ki, bu da öz növbəsində optimal idarəetmə qərarları qəbul etməyə imkan verəcək.
Şirkətin maliyyə göstəricilərini hesablamağı və təhlil etməyi, həmçinin şirkətiniz üçün müvafiq hesablama alətinin (hesabatların) yaradılmasını öyrənəcəksiniz.
Şirkətin əməliyyat və maliyyə büdcələrinin formalaşmasının məntiqini başa düşərək prosesə rəhbərlik edə biləcəksiniz.
1. Müəssisənin maliyyə fəaliyyətinin əsasları
2. Maliyyə Hesabatlarının Sirləri
3. Maliyyə təhlili və rəhbərlər üçün əsas göstəricilər (qərarların effektivliyinin təhlili)
4. Xərclərin idarə edilməsinin əsasları
5. Büdcənin əsasları
6. İnvestisiya qərarlarının qiymətləndirilməsinin əsasları (performans təhlili)
Təlim həftənin 3-cü günləri saat 19:00 - 21:00 aralığında, şənbə günləri saat 15:00 - 17:00 aralığında olmaqla həftədə 2 dəfə keçiriləcəkdir.