Korporativ mədəniyyət və dəyişikliklərin idarə edilməsi | Xidmətlər

Korporativ mədəniyyət və dəyişikliklərin idarə edilməsi

Korporativ mədəniyyət və dəyişikliklərin idarə edilməsi

Korporativ mədəniyyət və dəyişikliklərin idarə edilməsi


Təsvir:

Təşkilatda real davranış normalarının, korporativ dəyərlərin, rəhbərlik üslubunun və iş mühitinin diaqnostikası, qiymətləndirilməsi. Strategiyanın icrası üçün tələb olunan gələcək mədəniyyət və davranış modelinin müəyyən edilməsi. Təşkilatın fəaliyyət prinsiplərini ifadə edən dəyərlərin və onların davranış qarşılıqlarının hazırlanması. Dəyərlərin gündəlik iş davranışına çevrilməsi üçün konkret davranış standartlarının müəyyən edilməsi. Restrukturizasiya, rəqəmsallaşma və digər transformasiya layihələrində insan resursunun sistemli idarə edilməsi. Planlaşdırılan dəyişikliyin struktur, rol, kompetensiya, iş yükü və əməkdaşlara təsirinin qiymətləndirilməsi.

Müştəriyə təqdim edilən nəticələr:

Korporativ davranış mədəniyyəti profili, güclü və riskli sahələr, işçi kateqoriyaları üzrə müqayisə, inkişaf tövsiyələri. Hədəf korporativ mədəniyyət modeli, davranış prinsipləri, mövcud və hədəf vəziyyət arasındakı boşluqlar. Rəhbərliklə, əməkdaşlarla, kolleqalarla, müştərilərlə, digər tərəflərlə davranış nümunələri, kommunikasiya və tətbiq planı. Davranış kodeksi, müsbət və qəbuledilməz davranış nümunələri. Dəyişiklik strategiyası, maraq tərəflərinin xəritəsi, rəhbər və işçi tədbirləri, risklər, müdaxilə planı.

Müddət: 4–12 həftə.

Xidmətin biznesə faydası:

Rəsmi dəyərlərlə real təşkilati davranış arasındakı fərqi üzə çıxarır. Korporativ mədəniyyət dəyişikliklərini abstrakt şüarlardan konkret davranışlara çevirir. Dəyərlərin yalnız divarda yazılan ifadə deyil, qərar və davranış meyarına çevrilməsinə imkan yaradır. Təşkilatda hansı davranışların gözlənildiyini aydınlaşdırır. Dəyişikliklərə müqaviməti və tətbiq uğursuzluğu riskini azaldır. Transformasiya başlamazdan əvvəl əsas insan və təşkilati riskləri görməyə imkan verir.

 

Müraciət et

Populyar Təlimlər