Karyerasını marketinqdə qurmaq istəyənlər və şirkətlərdə digər strukturlarda çalışıb (satış, istehsal, AR-GE, satınalma, HR və s.) marketinq fəaliyyətini anlamaq istəyənlər.
Bu təlimdə nə üçün iştirak etməlisiniz?
İllər boyu şirkətlərdə marketinq reklam şöbəsi, marketinqçilər isə reklamçı olaraq nəzərə alınırdı. Bu günün rəqabət şərtlərdə bu tendensiya ciddi şəkildə dəyişir.
Marketinq şirkətlərdə mənfəət əldə edilməsi üçün müştəri ehtiyaclarının öyrənilməsi və bu ehtiyacların ödənilməsi üçün düzgün məhsul təklif edilməsini ehtiva edir. Marketinqin ən əsas hədəfi şirkətlərdə mənfəəti təmin edəcək strategiyalar hazırlamaq və fəaliyyətlər icra etməkdir. Bu perstpektivdən baxdıqda Marketinq şirkətlərdə ən önəmli funksiyalardan biridir. Bu səbəbdən Marketinq sahəsində karyera qurmaq istəyənlər, marketiq strukturundakı əməkdaşlar ilə çalışanlar bu funksiyanı çox yaxşı anlamaları və öyrənməlidirlər.
Bu təlimdə marektinqin əsasları, şirkətlərdə yeri, marketinq strategiya hədəfləri, marketinq taktikaları, araşdırmaları haqqında praktiki biliklərə sahib olacaqsınız.
Marketinq anlayışı və tarixi, postmodern marketinq