İnsan resurslarının planlaşdırılması və işçi sayının optimallaşdırılması | Xidmətlər

İnsan resurslarının planlaşdırılması və işçi sayının optimallaşdırılması

İnsan resurslarının planlaşdırılması və işçi sayının optimallaşdırılması

İnsan resurslarının planlaşdırılması və işçi sayının optimallaşdırılması

1. İşlərin vaxt normaları və ştatların say normalarının müəyyən edilməsi



Xidmətin təsviri:

İş və əməliyyatların icrasına sərf olunan vaxtın ölçülməsi, standartlaşdırılması və normalaşdırılması. İş həcminin yerinə yetirilməsi üçün tələb olunan işçi sayının normativ metodlarla hesablanması. Texniki pasportlar, xidmət və istehsalat əməliyyatlarının şaxəliyi, tərkibi, ardıcıllığı, texnoloji dəstək, məzuniyyət, işdə olmama halları, quruma və sektora xas olan əmək qabiliyyətinin itirilmə vərdişləri, mövsümi yük işçi dövriyyəsi, iş saatlarındakı itkilər kimi amillər nəzərə alınmaqla normativ say, əlavə və ehtiyat say, optimal say göstəricilərinin hesablanması.

Müştəriyə təqdim edilən nəticələr:

Vaxt sərfiyyatının mövcud və standart nəticələri, proseslərin əmələ gəlmə vaxtlarının kataloqu, say normalarına təsir edən faktorlar, say normaları, struktur vahidləri üzrə ştatların normativləri, ssenariləşmiş hesablama simulyasiyaları, hesablama metodologiyası.

İcra müddəti: 4–24 həftə.

Xidmətin biznesə faydası:

Məhsuldarlığı və real resurs tələbatını ölçməyə imkan verir. Ştat sayının fakt və iş yükü əsasında əsaslandırılmasını təmin edir. Hər bir əməliyyat üzrə sərf edilməli olan vaxt normaları müəyyən edilir, gecikmələr ölçülə bilir, xidmətin keyfiyyəti yüksəldilir. Gözlənilməz işçi çatışmazlığı səbəbindən əməliyyatların dayanması və digər əməkdaşların boşdayanma riskini azaldır.

 

2. İstehsalat təqviminin və iş qrafiklərinin hazırlanması və optimallaşdırılması



Xidmətin təsviri:

İş rejimi, növbəlilik, işçi sayı və qanunvericilik tələblərinə uyğun iş qrafiklərinin hazırlanması. İş və istirahət günləri, növbə xüsusiyyətləri nəzərə alınmaqla istehsalat təqviminin hazırlanması.

Müştəriyə təqdim edilən nəticələr:

İllik/dövri istehsalat təqvimi, növbəlilik cədvəlləri, iş qrafikləri, əmək haqqı fondunun optimallaşdırılmasına dair təkliflər.

İcra müddəti: 2–6 həftə.

Xidmətin biznes faydası:

İşçi qüvvəsindən istifadəni yaxşılaşdırır və əlavə iş vaxtı xərclərini azaltmağa kömək edir. İşçi qüvvəsi və istehsal resurslarının planlaşdırılmasını dəqiqləşdirir.
 

3. İnsan resursları kəmiyyət göstəricilərinin hesablanması, təhlili, proqnozu və təhlili metodologiyasının hazırlanması

 


Xidmətin təsviri:

İnsan resurslarının kəmiyyət və keyfiyyət effektivliyini ölçən əsas göstəricilərinin və vahid hesablama qaydalarının müəyyənləşdirilməsi. Sahə üzrə metriklərin müəyyən edilməsi, onların hesablama düsturlarının və modellərinin hazırlanması. İnsan resurslarının idarə edilməsi üzrə data analitika alətlərinin tətbiqi.

Müştəriyə təqdim edilən nəticələr:

Göstəricilər kataloqu, hesablama düsturları, məlumat mənbələri, hesabatlıq sistemi, hesabat marşrutları və məlumat axışının mərkəziləşdirilməsi modeli.

İcra müddəti: 2–4 həftə.

Xidmətin biznesə faydası:

İnsan resursları qərarlarının idarə edilməsi üzrə ölçülə bilən göstəricilər əsasında qərarların verilməsinə, insan resursları idarəçiliyinin strateji mövqeyə yüksəldilməsinə imkan verir.

Müraciət et

Populyar Təlimlər