Təsvir:
Yeni əməkdaşın vəzifəsinə, peşəsinə və təcrübəsinə, habelə işə qəbul prosesindəki nəticələrinə uyğun olaraq fərdi və kütləvi adaptasiya fəaliyyətlərinin planlaşdırılması. Yeni əməkdaşların təşkilat, mədəniyyət, qaydalar və iş prinsipləri ilə tanışlığı üçün proqramın hazırlanması. Adaptasiyanın nəticələrinin və yeni əməkdaş təcrübəsinin ölçülməsi mexanizminin hazırlanması. Yeni əməkdaşın işə başlaması üçün tələb olunan texniki, informasiya və təşkilati təminatların standartlaşdırılması. Mentorların seçilməsi, hazırlanması və fəaliyyətinin qiymətləndirilməsi mexanizminin yaradılması.
Müştəriyə təqdim edilən nəticələr:
Dövrlər üzrə fərdi adaptasiya planı, sınaq dövrünün qiymətləndirilməsi mexanizmi, hər bir vəzifə-peşə qrupları üzrə adaptasiya təlimi proqramları, təqdimatlar, iştirakçı materialları, qiymətləndirmə vasitələri. Adaptasiya prosesi, mərhələlər, fəaliyyətlər, formalar, nəzarət və hesabat mexanizmi. Qiymətləndirmə formaları, sorğular, göstəricilər. Təminat siyahısı, tərəflərin məsuliyyət və rollarının siyahısı, hazırlıq yoxlama siyahıları. Mentor profili, mentorların seçim meyarları və mexanizmi, mentor təlimatı.
Müddət: 2–8 həftə.
Xidmətin biznesə faydası:
Yeni əməkdaşın məhsuldar fəaliyyətə keçid müddətini qısaldır. Yeni işçinin təşkilata inteqrasiyasını sürətləndirir. Erkən işdən ayrılma riskini və yeni əməkdaşın məhsuldarlığa çatma müddətini azaldır. Adaptasiya proqramının hansı hissələrinin işlədiyini və hansı hissələrinin dəyişdirilməli olduğu mexanizm formalaşır. İlk iş günlərində təşkilati gecikmə və resurs çatışmazlığını azaldır. Adaptasiya prosesində rəhbərin və insan resursları komandasının yükünü bölüşdürür və bilik transferini gücləndirir.