Beynəlxalq karyera və iş axtarışı strategiyası | Xidmətlər

Beynəlxalq karyera və iş axtarışı strategiyası

Beynəlxalq karyera və iş axtarışı strategiyası

Beynəlxalq karyera və iş axtarışı strategiyası

Xaricdə işləmək və ya beynəlxalq şirkətdə karyera qurmaq istəyirsiniz? BMS Mentoring-in fərdi mentorluq xidməti peşəkar məqsədlərinizə uyğun ölkə və vəzifələri qiymətləndirməyə, müraciət kanallarını müəyyənləşdirməyə və beynəlxalq əmək bazarında iş axtarışınızı daha məqsədyönlü planlaşdırmağa kömək edir.
 

Bu xidmət kimlər üçündür?

 

  • Xaricdə iş imkanları axtaran şəxslər
  • Beynəlxalq şirkətlərə müraciət etməyi planlaşdıran namizədlər
  • Beynəlxalq karyera imkanlarını araşdırmaq və uyğun istiqamət seçmək istəyən mütəxəssislər

 

Mentorluqdan nə qazanacaqsınız?

 

  • Təcrübənizə və peşəkar məqsədlərinizə uyğun daha aydın iş axtarışı strategiyası
  • Hədəf ölkə, vəzifə və vakansiyaları seçmək üçün yanaşma
  • CV və LinkedIn profilinizi hədəflədiyiniz əmək bazarına uyğun təqdim etmək üzrə tövsiyələr
  • Uyğun iş axtarışı platformaları və müraciət kanalları barədə istiqamətləndirmə
  • Peşəkar əlaqələr qurmaq və müraciət prosesini planlaşdırmaq üçün növbəti addımlar

 

Mentorluq görüşü necə keçirilir?


Format: Fərdi (1:1), onlayn
Müddət: 60 dəqiqə
Dil: Azərbaycan və ya ingilis dili

Müraciət və iştirak prosesi:
1. Xidmətinizi seçin: Ehtiyacınıza və məqsədinizə uyğun mentorluq istiqamətini
müəyyənləşdirin.
2. Müraciət edin: BMS vasitəsilə müraciətinizi göndərin və görüşdən gözləntilərinizi
qısaca paylaşın.
3. Görüş vaxtını razılaşdırın: Müraciətiniz nəzərdən keçirildikdən sonra uyğun tarix və
saat müəyyənləşdirilir.
4. Təsdiq və iştirak: Ödəniş və rezervasiya təsdiqləndikdən sonra onlayn görüş linki
sizinlə paylaşılır.
5. Fərdi mentorluq görüşü: 60 dəqiqə ərzində suallarınızı, məqsədlərinizi və
qarşılaşdığınız çətinlikləri mentorla müzakirə edirsiniz.

Məxfilik və etibarlılıq
Məxfiliyiniz bizim üçün önəmlidir. Mentorluq görüşləri fərdi və məxfi formatda keçirilir.
Görüş zamanı müzakirə olunan şəxsi və peşəkar mövzulara konfidensiallıq prinsipi əsasında
yanaşılır. Müraciət və rezervasiya üçün təqdim olunan məlumatlar isə xidmətin təşkili
məqsədilə, qüvvədə olan məlumatların qorunması tələblərinə uyğun işlənilir.

Müraciət et

Populyar Təlimlər