Kimyəvi və digər sağlamlıq üçün təhlükəli maddələrlə iş zamanı risklərin düzgün tanınması vacibdir. Təlim maddələrin müəyyənləşdirilməsi, təhlükəsizlik məlumatlarının oxunması və məruzqalmanın azaldılması prinsiplərini öyrədir. COSHH yanaşması beynəlxalq praktik çərçivə kimi izah olunur və yerli tələblər, eləcə də müəssisənin prosedurları ilə əlaqələndirilir.
Təlim kimlər üçündür?
Kimyəvi maddələrlə işləyən əməkdaşlar;
İstehsalat, laboratoriya və anbar heyəti;
Təmizlik və texniki xidmət işçiləri;
SƏTƏM mütəxəssisləri və sahə rəhbərləri;
Kimyəvi maddələrin satınalınması və saxlanmasına cavabdeh şəxslər.
Təlim iştirakçıları nələr qazanacaqlar?
İştirakçılar etiketləri və təhlükəsizlik məlumat vərəqlərini — SDS-i oxumağı, məruzqalma yollarını müəyyənləşdirməyi və uyğun nəzarət tədbirlərini seçməyi öyrənəcəklər. Nümunə maddə üzrə sadə qiymətləndirmə hazırlaya biləcəklər.
Təlim metodu
SDS nümunələri ilə iş, etiketlərin təhlili, qrup tapşırıqları və təhlükəsiz simulyasiya vasitəsilə dağılma ssenarisinin müzakirəsi.
Təlimin qısa təsviri
Təhlükəli maddələrin sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsiz saxlanması və istifadəsi üzrə tətbiqi təlim.
Təlimin proqramı — mündəricat
Təhlükəli maddələr və sağlamlığa təsirlər;
Orqanizmə daxilolma yolları;
Etiketlər, təhlükə piktoqramları və SDS;
Maddələrin inventarı və iş prosesinin təhlili;
Məruzqalmanın qiymətləndirilməsi;
Əvəzetmə, qapalı sistemlər və ventilyasiya;
Saxlama və uyğunsuz maddələrin ayrılması;
Fərdi mühafizə vasitələri və gigiyena;
Dağılma, sızma və təsadüfi məruzqalma zamanı məlumatvermə;