Korporativ idarəetmə ekosisteminin və İnsan resurslarının idarə edilməsi sisteminin diaqnostikası | Xidmətlər

Korporativ idarəetmə ekosisteminin və İnsan resurslarının idarə edilməsi sisteminin diaqnostikası

Korporativ idarəetmə ekosisteminin və  İnsan resurslarının idarə edilməsi  sisteminin diaqnostikası

Korporativ idarəetmə ekosisteminin və İnsan resurslarının idarə edilməsi sisteminin diaqnostikası

Xidmətin təsviri: Təşkilatın idarəetmə modeli, qərarvermə mexanizmləri, səlahiyyət bölgüsü, hesabatlılıq, struktur və funksional qarşılıqlı əlaqələrinin kompleks qiymətləndirilməsi kimi menecment infrastrukturunun diaqnostikası.
Mövcud insan resursları siyasətlərinin, proseslərinin, alətlərinin, sənədlərinin, rollarının və idarəetmə təcrübələrinin sistemli qiymətləndirilməsi.

  • İdarəetmə strukturu və ierarxiya: Təşkilati idarəetmə strukturu, rəhbər pozisiya və komitələrin funksiyaları;
  • Qərarların qəbul edilmə prosesi: Sentralizasiya və yaxud desentralizasiya, qərarların limitləşdirilməsi, iclasların idarə edilməsi və protokollar;
  • Daxili kommunikasiya: Kommunikasiya kanallarının mövcudluğu, məlumatların təhrif olunma səviyyəsi, məmnunluğun ölçülməsi (VOE), komanda quruculuğuna təşviq proqramlarının mövcudluğu;
  • Təşkilati mədəniyyət: Daxili intizam qaydalarının işləkliyi, davranış normaları və dəyərlərin mövcudluğu, təklif və rəylərin nəzərə alınma mexanizmi;
  • Strateji planlaşdırma və icraya nəzarət: Qurumun korporativ strategiyasının mövcudluğu, struktur bölmələr üzrə funksional strategiya və onların korporativ strategiya ilə əlaqələndirilməsi, icraya nəzarət və tapşırıqların icrasına nəzarət mexanizmi;
  • Performansın idarə edilməsi: İstedadların cəlb edilməsi (işə qəbul) və adaptasiya modelinin mövcudluğu, xidməti fəaliyyətin qiymətləndirilməsi modelinin mövcudluğu, karyeranın inkişafı modelinin mövcudluğu, təlim-inkişaf sisteminin mövcudluğu, bonus sisteminin mövcudluğu;
  • Risklərin idarə edilməsi sistemi: Risklərin ölçülməsi mexanizmi, risklərin qarşısının alınması mexanizmi;
  • İnnovasiya yeniliklərə uyğunlaşma prosesi: İnnovativ həllərə tələbat, innovativ tətbiqlərə hazırlıq səviyyəsi.

 

Müştəriyə təqdim edilən nəticələr: Mövcud vəziyyətin hesabatı, əməliyyatlar üzrə boşluqların təsviri və proseslərdəki təkrarlanmaların xəritəsi, əsas risklər, təkmilləşdirmə üzrə prioritet tövsiyələr və əməliyyat planı. İnsan resursları sisteminin yetkinlik qiymətləndirilməsi; boşluqların təhlili; risk və prioritetlər xəritəsi; inkişaf yol xəritəsi.

İcra müddəti: 2–6 həftə.

Xidmətin biznes faydası: İdarəetmə və proseslərdə kritik itki mənbələrinin və risklərin müəyyən edilməsi, biznesin dayanıqlığına təsir edən daxili faktorlardakı (strategiya və məqsədlər, proses və fəaliyyətlər, insan kapitalı, təminatlar) təkmilləşdirmə predmetlərinin müəyyənləşdirilməsi, aydın təsvir edilmiş əməliyyat planlarının əldə edilməsi, resurs (maliyyə, vaxt, insan) tələb edən sahələrin prioritetləşdirilməsi.

Müraciət et

Populyar Təlimlər