Təsvir:
Əməkdaşların məmnunluq, bağlılıq, gözlənti və fikirlərinin sistemli ölçülməsi. Adaptasiya, təlim, qiymətləndirmə və digər insan resursları proqramlarının ümumi təsirinin birlikdə təhlili. İşdən çıxan əməkdaşlardan strukturlaşdırılmış geribildirim alınması sisteminin hazırlanması. İşçilərin təşkilatda qalmasına, bağlılığına və məmnunluğuna təsir edən faktorların təhlili və aidiyyəti tədbirlərin görülməsi. Təşkilatdaxili məlumat mübadiləsi kanallarının, qaydalarının və geribildirim mexanizmlərinin təkmilləşdirilməsi. Peşəkarlıq və fərdi keyfiyyətlər baxımından müsbət fərqlənən əməkdaşlara fərdi və kollektiv qeyri-maddi motivasiya tədbirlərini etmək. Daxili məlumat mübadiləsinin, məlumat kanallarının effektivliyinin, şəffaflığın təmin edilməsi. Heyyəti daxili korporativ məlumatlarla, qurumun fəaliyyətinə təsir edə biləcək ictimai uğurları və bu kimi informasiyalarla məlumatlandırılmasını təmin etmək. Zərurət olduqda fərdi və kollektiv sosial-psixoloji dəstəyin göstərilməsi üzrə modelin qurulması.
Müştəriyə təqdim edilən nəticələr:
Sorğu mexanizmi, sual bankı, hesablama metodologiyası, nəticə hesabatı. İnteqrə edilmiş göstəricilər, müqayisəli təhlil alətləri, inkişaf tövsiyələri. İşdən çıxış və məmnunluqla bağlı müsahibə strukturu. Prioritet problemlər, loyallıqla bağlı fəaliyyət planı. Kommunikasiya xəritəsi, kommunikasiya kanallarının strategiyası, kommunikasiya qaydaları. İntizam tənbehlərinin təhlili, adaptasiya dövrünün sonunda edilən sorğu, işçilərin məmnunluq sorğusu, işdən çıxış sorğusu, işçilərin potensial imkanları ilə fəaliyyətlərinin nəticəsi arasındakı fərqin təhlili, təlim və inkişafa dair edilən investisiyanın təhlili.
Müddət: 2–6 həftə.
Xidmətin biznesə faydası:
İşçilərin loyallığını artırır və axıcılığını, işçi dövriyyəsini azaldır. İşçilər və komandalar arasında münasibətlərin effektiv qurulmasını və əməkdaşlığı təmin edir. İşçi təcrübəsinə təsir edən real problemləri rəhbərlik üçün görünən edir. Ayrı-ayrı insan resursları təşəbbüslərinin ümumi nəticəyə nə qədər təsir etdiyini göstərir. İşçi axınının kök səbəblərini müəyyən etməyə imkan verir. İşçi itkisini azaltmaq üçün konkret müdaxilə sahələrini müəyyən edir. Məlumat itkisini, şayiələri və struktur vahidləri arasında kommunikasiya boşluqlarını azaldır.