HR funksiyasını ayrı-ayrı proseslər toplusundan sistemli, ölçülə bilən və biznes strategiyası ilə əlaqələndirilmiş idarəetmə modelinə çevirin.
Strateji HR Mühəndisliyi Təlimi təşkilatda HR sistemlərinin sıfırdan dizaynı, mövcud sistemlərin təkmilləşdirilməsi və əsas HR mexanizmlərinin bir-biri ilə əlaqəli şəkildə qurulmasına fokuslanan praktiki proqramdır.
Təlim iştirakçıya yalnız HR alətlərini tanıtmağı deyil, iş analizi, təşkilati struktur, kompetensiya modeli, KPI, grading, insan resurslarının planlaşdırılması və performans idarəetməsi kimi elementləri vahid HR infrastrukturu daxilində necə qurmağı və əlaqələndirməyi öyrətməyi hədəfləyir. Proqramın rəsmi məqsədlərindən biri HRM sistemlərini qura və HRM-i strateji səviyyəyə qaldıra bilən sistem mütəxəssislərinin hazırlanmasıdır.
Biznes strategiyasından vəzifə təlimatına, KPI-dan grading və performans idarəetməsinə qədər bütöv HR sisteminin necə qurulduğunu öyrənin.
Təlimin Qısa təsviri:
Strateji HR Mühəndisliyi Təlimi HR sahəsində çalışan təcrübəli mütəxəssislər və rəhbərlər üçün hazırlanmış 44 saatlıq intensiv proqramdır.
Təlim HRM infrastrukturunun strateji dizaynından başlayaraq iş analizi, vəzifə və iş təlimatları, kritik vəzifələrin müəyyənləşdirilməsi, kompetensiya modeli, KPI sistemi, grading, insan resurslarının planlaşdırılması və performans idarəetməsinə qədər əsas HR mexanizmlərini vahid sistem daxilində əhatə edir.
Proqram interaktiv və tapşırıq əsaslı öyrənmə modeli ilə keçirilir və mövzular üzrə qaydalar, təlimatlar, flow-chart-lar, forma və blanklar, simulyasiyalar və digər əlavə materiallardan istifadə nəzərdə tutulur.
Təlim kimlər üçün nəzərdə tutulub:
İştirakçı təlimdən nə əldə edəcək?
Təlim metodu:
Təlimlər interaktiv və tapşırıq əsaslı öyrənmə üsulu ilə təlim məkanında keçirilir.
Təlim materialları:
Təlim keçirilən mövzular üzrə;
Digər əlavə materiallar.
Ümumi müddət: 44 saat
Təxmini proqram müddəti: 2 ay
Həftəlik yük: 6 saat
Qrafik: 3-cü gün, saat 19:15 - 21:15, şənbə günü, saat 14:30 - 18:30