Beynəlxalq iş müsahibəsinə hazırlıq və sınaq müsahibəsi | Xidmətlər

Beynəlxalq iş müsahibəsinə hazırlıq və sınaq müsahibəsi

Beynəlxalq iş müsahibəsinə hazırlıq və sınaq müsahibəsi

Beynəlxalq iş müsahibəsinə hazırlıq və sınaq müsahibəsi

Beynəlxalq şirkətdə və ya xaricdə iş müsahibəsinə hazırlaşırsınız? BMS Mentoring-in bu xidməti müsahibə suallarına cavablarınızı təkmilləşdirməyə, peşəkar təcrübənizi aydın və inandırıcı təqdim etməyə və real müsahibə şəraitini məşq etməyə kömək edir.
 

Bu xidmət kimlər üçündür?

 

  • Beynəlxalq şirkətlərdə və ya xaricdə iş imkanları axtaran tələbələr və məzunlar
  • Xarici əmək bazarlarına müraciət edən mütəxəssislər
  • Müxtəlif təcrübə səviyyələrində olan və müsahibə bacarıqlarını inkişaf etdirmək istəyən namizədlər

 

Mentorluqdan nə qazanacaqsınız?

 

  • Müsahibə suallarına daha aydın və strukturlaşdırılmış cavab vermək bacarığı
  • Təcrübənizi, bacarıqlarınızı və nailiyyətlərinizi konkret nümunələrlə təqdim etmək imkanı
  • Sınaq müsahibəsində real müsahibə şəraitini məşq etmək təcrübəsi
  • Cavablarınız və təqdimatınız barədə fərdi geribildirim
  • İnkişaf etdirməli olduğunuz məqamlar haqqında daha aydın təsəvvür

 

Mentorunuzla tanış olun: Ləman Bəkirli
Beynəlxalq mentor | İnsan resursları, təlim və inkişaf üzrə mütəxəssis | CIPD


Ləman Bəkirli insan resurslarının idarə edilməsi, istedadların inkişafı, işə qəbul və peşəkar inkişaf sahələrində 8 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis və mentordur. Almaniyada Liderlik və İnsan Resurslarının İdarə Edilməsi üzrə magistr təhsili alıb və Böyük Britaniyanın nüfuzlu Chartered Institute of Personnel and Development (CIPD) peşəkar kvalifikasiyasına malikdir.

Peşəkar fəaliyyəti ərzində Almaniya və Azərbaycanda ali təhsil müəssisələrində, beynəlxalq şirkətlərdə və müxtəlif təşkilatlarda çalışaraq insan resursları, işə qəbul, təlim və inkişaf sahələrində geniş praktiki təcrübə qazanıb.

Beynəlxalq mentorluq fəaliyyəti çərçivəsində 53-dən çox ölkədən iştirakçılarla 400-dən artıq fərdi mentorluq sessiyası keçirib. Onun mentorluq yanaşması beynəlxalq əmək bazarı haqqında bilikləri, işəgötürən perspektivini və fərdi inkişaf təcrübəsini birləşdirərək hər bir iştirakçının məqsədlərinə uyğun praktik və fərdiləşdirilmiş dəstək təqdim etməyə əsaslanır.

Mentorluq yanaşmasının əsas üstünlükləri:

  • Beynəlxalq perspektiv: Müxtəlif əmək bazarları, işə qəbul prosesləri və peşəkar mühitlərlə bağlı praktik təcrübə.
  • Fərdi yanaşma: Hər görüş iştirakçının sualları, məqsədləri və ehtiyacları əsasında qurulur.
  • Hər iki tərəfin perspektivi: Həm işəgötürənlərin gözləntilərini, həm də namizədlərin və mütəxəssislərin ehtiyaclarını nəzərə alan yanaşma.
  • Praktik addımlar: Müzakirələrin real həyatda tətbiqinə və konkret inkişaf addımlarının müəyyənləşdirilməsinə fokus.

Mentorluğa yanaşmamızın əsasında sadə, amma vacib bir prinsip dayanır: hər bir insanınhekayəsi fərqlidir və peşəkar inkişafı da məhz bu fərdiliyi nəzərə almaqla başlamalıdır.
 

Mentorluq görüşü necə keçirilir?


Format: Fərdi (1:1), onlayn
Müddət: 60 dəqiqə
Dil: Azərbaycan və ya ingilis dili

Müraciət və iştirak prosesi:
1. Xidmətinizi seçin: Ehtiyacınıza və məqsədinizə uyğun mentorluq istiqamətini
müəyyənləşdirin.
2. Müraciət edin: BMS vasitəsilə müraciətinizi göndərin və görüşdən gözləntilərinizi
qısaca paylaşın.
3. Görüş vaxtını razılaşdırın: Müraciətiniz nəzərdən keçirildikdən sonra uyğun tarix və
saat müəyyənləşdirilir.
4. Təsdiq və iştirak: Ödəniş və rezervasiya təsdiqləndikdən sonra onlayn görüş linki
sizinlə paylaşılır.
5. Fərdi mentorluq görüşü: 60 dəqiqə ərzində suallarınızı, məqsədlərinizi və
qarşılaşdığınız çətinlikləri mentorla müzakirə edirsiniz.

Məxfilik və etibarlılıq
Məxfiliyiniz bizim üçün önəmlidir. Mentorluq görüşləri fərdi və məxfi formatda keçirilir.
Görüş zamanı müzakirə olunan şəxsi və peşəkar mövzulara konfidensiallıq prinsipi əsasında
yanaşılır. Müraciət və rezervasiya üçün təqdim olunan məlumatlar isə xidmətin təşkili
məqsədilə, qüvvədə olan məlumatların qorunması tələblərinə uyğun işlənilir.

Müraciət et

Populyar Təlimlər