Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi

Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi

Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi

Yükqaldırma əməliyyatlarında təhlükəsizlik planlaşdırma, uyğun avadanlıq və komanda üzvləri arasında aydın əlaqədən asılıdır. Təlim yükün, qaldırıcı vasitələrin və iş sahəsinin qiymətləndirilməsini, əməliyyat zamanı nəzarət tədbirlərini və məsuliyyət bölgüsünü əhatə edir.

Təlim kimlər üçündür?

  • Yükqaldırma işlərinə nəzarət edən şəxslər;
  • Sahə rəhbərləri və supervayzerlər;
  • İlməkçi və siqnalçı funksiyalarını öyrənən əməkdaşlar;
  • Anbar, logistika və istehsalat heyəti;
  • SƏTƏM mütəxəssisləri və mühəndislər.

Təlim iştirakçıları nələr qazanacaqlar?

İştirakçılar yükqaldırma planının əsas elementlərini tanımaq, avadanlıq üzərindəki göstəriciləri anlamaq və istifadədən əvvəl yoxlamalarda diqqət edilməli məqamları müəyyənləşdirmək bacarığı qazanacaqlar. Təhlükəli zonanın təşkili və komanda kommunikasiyası barədə biliklərini inkişaf etdirəcəklər.

Təlim metodu

Qaldırma ssenarilərinin təhlili, aksesuarların nümayişi, nümunə planla iş və uyğun təlim şəraitində nəzarətli praktiki məşğələ.

Təlimin qısa təsviri

Yükqaldırma işlərinin planlaşdırılması, avadanlıq risklərinin tanınması və təhlükəsiz əməliyyat nəzarəti üzrə təlim.

Təlimin proqramı — mündəricat

  1. Yükqaldırma əməliyyatlarında əsas təhlükələr;
  2. Komanda üzvlərinin rolları və məsuliyyətləri;
  3. Yükün çəkisi, ölçüləri və ağırlıq mərkəzi;
  4. Avadanlıq və aksesuarların seçilməsi prinsipləri;
  5. Yükqaldırma hədləri və markalanma;
  6. İstifadədən əvvəl yoxlama və nasazlığın bildirilməsi;
  7. Yükqaldırma planı və risk qiymətləndirməsi;
  8. Yer şəraiti, maneələr və hava amilləri;
  9. Təhlükəli zonalar və asılı yükə nəzarət;
  10. Siqnallar, rabitə və işin dayandırılması;
  11. Praktiki tapşırıq: nümunə əməliyyatın planlaşdırılması.

Təlimin müddəti

Minimum 8 saat — maksimum 16 saat. Bu proqram ümumi təhlükəsizlik və nəzarət bacarıqlarına yönəlib. Kran operatoru, ilməkçi və ya siqnalçı üzrə tam peşə hazırlığı ayrıca proqramla təşkil olunur.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər