Business Management School" MMC olaraq "0-dan başlayanlar üçün mühasibatlıq+ 1 C (8.3)" təliminə qeydiyyatı açıq elan edir.
Təlimdə kimlər iştirak edə bilər ?
Mühasibatlıq və maliyyə sahəsində çalışan, mühasibatlıq imtahanlarına hazırlaşan, mühasibat uçotu sahəsində nəzəri və praktik biliklərini artırmaq istəyən hər bir şəxs iştirak edə bilər.
Nə üçün bu təlim?
Son dövrlərdə iqtisadiyyatda baş verən proseslər onu göstərdi ki, müəssisələrin xərclərinin və gəlirlərinin uçotunu düzgün hesablamaq, maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün kifayət qədər peşəkar mühasiblərə ehtiyacı vardır. Əmək bazarında peşəkar mühasiblərin az olduğunu nəzərə alaraq tədris kursumuz mühasibatlıq təlimini tədris etməyi özünə məqsəd bilmişdir. Mühasibatlıq təliminin məqsədi əmək bazarı üçün kifayət qədər peşəkar kadrlar hazırlamaqdır. Bununla yanaşı təlimçimiz mühasibatlıq (maliyyə) elminin bütün növ yeniliklərini nəzəri və praktiki cəhətdən iştirakçılara öyrədəcəkdir. Təlim vaxtı içtirakçılarımız mühasibat uçotu ilə yanaşı idarəetmə və vergi uçotu haqqında kifayət qədər bilik sahibi olacaqdırlar.
Təlimdə iştirak sizə nə qazandıracaq?
Maliyyə hesabatlarını hazırlayıb təqdim etmək bacarığı
Mühasibat yazılışlarının verilməsi və beynəlxaq standartlara uyğunlaşdırılması üzrə təcrübə
Beynəlxalq mühasibat üçotu ilə vergi uçotu arasında fərqlərin öyrənilməsi
Mühasibat sahəsində praktik misallar üzərindən biliklərin artırılması
Təcrübəli mütəxəssisə yığılıb qalan suallarınızı cavablandırmaq imkanı
1C mühasibatlıq proqramında ilkin sənədlərdən maliyyə hesabatlarının hazırlanması
Təlimin ümumi müddəti 40 saatdır.
Təlim həftənin 3-cü günləri saat 19:00-dan 21:00-a kimi və 6-cı günləri isə 15:00-dan 18:00-a kimi keçirilir və 8 həftə davam edir.