Təqdimat Bacarığı Təlimi

Təqdimat Bacarığı Təlimi

Ən mükəmməl ideya belə, düzgün təqdim olunmadıqda öz dəyərini itirir.

Sizin və ya təmsil etdiyiniz şirkətin uğuru çox vaxt fikirlərinizi qarşı tərəfə necə inandırıcı və cəlbedici şəkildə çatdırmağınızdan asılıdır. BMS (Business Management School) tərəfindən təşkil olunan "Təqdimat bacarıqları" təlimi sizə sadəcə slayd hazırlamağı deyil, auditoriyanın nəbzini tutmağı, səhnə həyəcanını idarə etməyi və hekayənizlə insanlara təsir etməyi öyrədəcək praktik bir proqramdır.
 

Bu Təlim Kimlər Üçündür?
  • İnsan Resursları (HR) mütəxəssisləri.
  • Şirkət daxilində və ya xaricində təqdimat edən və ya edəcək mütəxəssislər.
  • Şirkəti müxtəlif platformalarda, görüşlərdə və tədbirlərdə təmsil edən bütün əməkdaşlar.
  • Fikirlərini, məhsulunu və ya hesabatını daha peşəkar çatdırmaq istəyən hər kəs.

 

Təlimin Nəticəsində Nə Əldə Edəcəksiniz?
  • Uğurlu və fərqlənən təqdimat qaydalarını dərindən öyrənəcəksiniz.
  • Çıxış zamanı yaranan səhnə və təqdimat qorxusunu tamamilə dəf edəcəksiniz.
  • Praktiki çıxışlar sayəsində real təqdimat vərdişlərinizi kəşf edib inkişaf etdirəcəksiniz.
Təlim proqramı:

 

  1. Təqdimatın qızıl qaydaları (fərqləndirən şərtlər, məqsəd nədir, auditoriya kimdir, hazırlıq və s.)
  2. Səhnə qorxusunu necə dəf etməli
  3. Bədən dili
  4. Səsdən necə düzgün istifadə etməli
  5. Auditoriyanın diqqətini necə cəlb etməli və saxlamalı
  6. Təsiredici hekayəni necə danışmalı
  7. İştirakçılar tərəfindən təqdimatların hazırlanması və çıxışlar

Təlimin ümumi müddəti 8 saatdır.

Təlim yalnız korporativ sifariş əsasında tədris edilir.

Təlim cədvəli sifarişçi şirkətlə qarşılıqlı razılaşma əsasında hazırlanır.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər