Kritik düşüncə praktiki təlimi

Kritik düşüncə praktiki təlimi

Hər gün qəbul etdiyimiz qərarların nə qədəri həqiqətən bizə məxsusdur?

Məlumat bolluğu, dezinformasiya və gizli manipulyasiyalar dövründə bir peşəkarın ən güclü silahı kritik düşüncə bacarığıdır. BMS - Business Management School tərəfindən xüsusi hazırlanmış "Kritik Düşüncə" praktiki təlimi sizi məntiqi xətalardan, idrak təhriflərindən (kognitiv bias) və statistik manipulyasiyalardan qorumaq üçün dizayn edilib. Bu təlimdə siz aşkar görünənlərin arxasındakı gerçəyi görməyi və rəqəmlərin yalan danışa biləcəyi məqamları kəşf edəcəksiniz.
 

Bu Təlim Kimlər Üçündür?
  • Strateji qərarlar qəbul edən rəhbərlər və menecerlər.
  • Məlumatlarla işləyən, hesabatlar və tendensiyaları təhlil edən analitiklər və marketoloqlar.
  • İş mühitində dezinformasiya və manipulyasiyalara qarşı immunitet yaratmaq istəyən mütəxəssislər.
  • Səbəb-nəticə əlaqələrini düzgün qurmaq istəyən hər kəs.
     
Təlimin Nəticəsində Nə Əldə Edəcəksiniz?
  • Məlumat mənbələrini düzgün filtrləməyi və saxta arqumentləri anında aşkarlamağı bacaracaqsınız.
  • Biznesdə qərar qəbul edərkən "Sağ qalanın sistematik səhvi" və ya "Əlçatanlıq evristikası" kimi psixoloji tələlərə düşməyəcəksiniz.
  • Statistika, faizlər və "orta rəqəm" üzərindən edilən manipulyasiyaların iç üzünü görəcəksiniz.
  • Mürəkkəb biznes keysləri və Eyler dairələri vasitəsilə məntiqi düşüncə əzələlərinizi inkişaf etdirəcəksiniz.

1. Kritik düşüncə nədir və niyə vacibdir ?

2. Kritik düşüncə nümunələr əsasında:

  • Korrelyasiya və kauzallıq
  • Yanliş arqument və ilkin şərtlər
  • Sağ qalanın sistematik səhvi
  • Retrospektiv təhrif
  • Orta rəqəm problemi
  • “Filtrlər köpüyü” və fikirlərin qütbləşməsi
  • Argumentum ad ignorantiam (bilmədiklərinizə əsaslanma )
  • Zəif analogiya
  • Saman müqəvvası arqumenti (tezisin dəyişdirilməsi )
  • Kontekstomiya
  • Söz oyunu
  • Aşkar görünənlərin hamısı həqiqət deyil
  • Əlçatanlıq evristikası
  • Faiz və rəqəmlərlə oyun
  • Matfey effekti
  • Seçkili yanaşma
  • Statistika vasitəsilə manipulyasiya
  • Eyler dairələr

3. İnformasiya mənbəyi və məlumat necə təhlil edilməli?

4. Kritik düşüncəni necə inkişaf etdirmək olar?

5. Keyslər və çalışmalar

Təlimin ümumi müddəti 4 saatdır.

Təlim yalnız korporativ sifariş əsasında tədris edilir.

Təlim cədvəli sifarişçi şirkətlə qarşılıqlı razılaşma əsasında hazırlanır.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər