Şikayətlərin Peşəkar İdarə Edilməsi və Xidmətin Bərpası Təlimi

Şikayətlərin Peşəkar İdarə Edilməsi və Xidmətin Bərpası Təlimi

Şikayətlərin Peşəkar İdarə Edilməsi və Xidmətin Bərpası Təlimi

Təlimin məqsədi

Bu proqramın məqsədi şikayətə yalnız “narazılıq” kimi deyil, şirkətin xidmət keyfiyyəti və proseslərini yaxşılaşdırmaq üçün mühüm məlumat mənbəyi kimi yanaşma formalaşdırmaqdır.

İştirakçılar şikayəti düzgün qəbul etməyi, emosional hissəni problemin mahiyyətindən ayırmağı, məsələni araşdırmağı, müştəriyə aydın cavab verməyi və xidmət səhvi baş verdikdə müştərinin etimadını mümkün qədər bərpa etməyi öyrənirlər.


Kimlər üçün nəzərdə tutulub

  • Şikayətlərin idarə olunmasına cavabdeh əməkdaşlar;
  • Müştəri xidmətləri komandaları;
  • Çağrı mərkəzi əməkdaşları;
  • Filial və ön ofis əməkdaşları;
  • Satış sonrası xidmət əməkdaşları;
  • Keyfiyyət və xidmət təcrübəsi üzrə mütəxəssislər;
  • Komanda rəhbərləri və supervayzerlər.
     

Təlim metodikası

Proqram konkret şikayət nümunələri üzərində qurulur. İştirakçılar müxtəlif mürəkkəblik səviyyəli şikayətləri təhlil edir, şifahi və yazılı cavab hazırlayır, xidmətin bərpası üçün alternativ həllər müəyyənləşdirirlər.

Qrup çalışmalarında “şikayəti qəbul et – araşdır – həll et – cavablandır – nəticə çıxar” ardıcıllığı real ssenarilər üzərində tətbiq olunur.

 

İştirakçının əldə edəcəyi nəticələr

Təlimdən sonra iştirakçılar:

  • şikayətləri daha sistemli və peşəkar şəkildə idarə edə biləcək;
  • emosional narazılıqla faktiki problemi düzgün ayıracaq;
  • müştəriyə daha aydın və əsaslandırılmış cavab verəcək;
  • xidmət səhvlərindən sonra etimadın bərpası üçün düzgün addımlar ata biləcək;
  • şikayətlərin təkrarlanma səbəblərini müəyyənləşdirməyə başlayacaq;
  • şikayət məlumatlarından xidmət və proseslərin yaxşılaşdırılması üçün istifadə edə biləcək.

 

Təlim proqramı:

  1. Şikayət nədir və müştəri niyə şikayət edir?
  2. Şikayət, narazılıq və tələb arasındakı fərq
  3. Şikayətin düzgün qəbul edilməsi
  4. Müştərinin emosiyasının idarə olunması
  5. Faktların və problemin əsas səbəbinin müəyyənləşdirilməsi
  6. Şikayət zamanı düzgün sualvermə
  7. Məsuliyyət, səlahiyyət və eskalasiya sərhədləri
  8. Müştəriyə cavabın düzgün strukturlaşdırılması
  9. Üzr istəmək: nə zaman və necə?
  10. Şirkətin səhvi olduqda xidmətin bərpası
  11. Alternativ həll və kompensasiya yanaşmaları
  12. Yerinə yetirilməsi mümkün olmayan tələblərin idarə olunması
  13. Şikayətin düzgün bağlanması və sonrakı əlaqə
  14. Təkrarlanan şikayətlərin səbəblərinin təhlili
  15. Şikayətdən proses təkmilləşdirməsinə keçid

Təlimin müddəti:
1 tam gün, 7 saat

 

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər