Özünüzü daha yaxşı tanımaq, şəxsi məqsədlərinizi aydınlaşdırmaq və inkişafınıza daha məqsədyönlü yanaşmaq istəyirsiniz? BMS Mentoring-in şəxsi inkişaf mentorluğu xidməti fərdi potensialınızı araşdırmağa, motivasiya və özünəinam üzərində işləməyə, gündəlik həyatınızda tətbiq edə biləcəyiniz addımları müəyyənləşdirməyə kömək edir.
Ləman Bəkirli insan resurslarının idarə edilməsi, istedadların inkişafı, işə qəbul və peşəkar inkişaf sahələrində 8 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis və mentordur. Almaniyada Liderlik və İnsan Resurslarının İdarə Edilməsi üzrə magistr təhsili alıb və Böyük Britaniyanın nüfuzlu Chartered Institute of Personnel and Development (CIPD) peşəkar kvalifikasiyasına malikdir.
Peşəkar fəaliyyəti ərzində Almaniya və Azərbaycanda ali təhsil müəssisələrində, beynəlxalq şirkətlərdə və müxtəlif təşkilatlarda çalışaraq insan resursları, işə qəbul, təlim və inkişaf sahələrində geniş praktiki təcrübə qazanıb.
Beynəlxalq mentorluq fəaliyyəti çərçivəsində 53-dən çox ölkədən iştirakçılarla 400-dən artıq fərdi mentorluq sessiyası keçirib. Onun mentorluq yanaşması beynəlxalq əmək bazarı haqqında bilikləri, işəgötürən perspektivini və fərdi inkişaf təcrübəsini birləşdirərək hər bir iştirakçının məqsədlərinə uyğun praktik və fərdiləşdirilmiş dəstək təqdim etməyə əsaslanır.
Mentorluq yanaşmasının əsas üstünlükləri:
Mentorluğa yanaşmamızın əsasında sadə, amma vacib bir prinsip dayanır: hər bir insanınhekayəsi fərqlidir və peşəkar inkişafı da məhz bu fərdiliyi nəzərə almaqla başlamalıdır.
Format: Fərdi (1:1), onlayn
Müddət: 60 dəqiqə
Dil: Azərbaycan və ya ingilis dili
Müraciət və iştirak prosesi:
1. Xidmətinizi seçin: Ehtiyacınıza və məqsədinizə uyğun mentorluq istiqamətini müəyyənləşdirin.
2. Müraciət edin: BMS vasitəsilə müraciətinizi göndərin və görüşdən gözləntilərinizi qısaca paylaşın.
3. Görüş vaxtını razılaşdırın: Müraciətiniz nəzərdən keçirildikdən sonra uyğun tarix və saat müəyyənləşdirilir.
4. Təsdiq və iştirak: Ödəniş və rezervasiya təsdiqləndikdən sonra onlayn görüş linki sizinlə paylaşılır.
5. Fərdi mentorluq görüşü: 60 dəqiqə ərzində suallarınızı, məqsədlərinizi və qarşılaşdığınız çətinlikləri mentorla müzakirə edirsiniz.
Məxfilik və etibarlılıq
Məxfiliyiniz bizim üçün önəmlidir. Mentorluq görüşləri fərdi və məxfi formatda keçirilir.
Görüş zamanı müzakirə olunan şəxsi və peşəkar mövzulara konfidensiallıq prinsipi əsasında yanaşılır. Müraciət və rezervasiya üçün təqdim olunan məlumatlar isə xidmətin təşkili məqsədilə, qüvvədə olan məlumatların qorunması tələblərinə uyğun işlənilir.