Risklərin qiymətləndirilməsi təhlükələrin mümkün nəticələrini anlamağa və nəzarət tədbirlərini düzgün seçməyə kömək edir. Təlim iş proseslərinin mərhələlər üzrə təhlilini, risklərin prioritetləşdirilməsini və tədbirlər planının hazırlanmasını əhatə edir. Əsas diqqət qiymətləndirmə nəticələrinin praktik qərarlara çevrilməsinə yönəldilir.
Təlim kimlər üçündür?
SƏTƏM mütəxəssisləri;
Sahə və istehsalat rəhbərləri;
Mühəndislər, texniki heyət və supervayzerlər;
İşlərin planlaşdırılmasına cavabdeh şəxslər;
Risk qiymətləndirmələrində iştirak edən işçilər.
Təlim iştirakçıları nələr qazanacaqlar?
İştirakçılar təhlükə ilə risk arasındakı fərqi izah etməyi, qiymətləndirmə forması hazırlamağı və nəzarət tədbirlərini əsaslandırmağı öyrənəcəklər. Qalıq riski qiymətləndirmək, tədbirlərə məsul şəxslər və icra müddətləri təyin etmək bacarıqlarını inkişaf etdirəcəklər.
Təlim metodu
Nümunə iş proseslərinin təhlili, risk matrisi ilə məşğələlər, qrup işi və hazırlanmış qiymətləndirmələrin müzakirəsi.
Təlimin qısa təsviri
İşlə bağlı risklərin qiymətləndirilməsi, nəzarət tədbirlərinin seçilməsi və izlənməsi üzrə praktiki təlim.
Təlimin proqramı — mündəricat
Təhlükə, risk və mümkün nəticə anlayışları;
Qiymətləndirmənin əhatə dairəsi və məlumatların toplanması;
Riskə məruz qala biləcək şəxslərin müəyyənləşdirilməsi;
Ehtimal, nəticənin ağırlığı və risk matrisi;
Mövcud nəzarət tədbirlərinin qiymətləndirilməsi;
Nəzarət tədbirlərinin iyerarxiyası;
İşin təhlükəsizlik təhlili — JSA/JHA;
Qalıq risk və tədbirlər planı;
Dəyişikliklər zamanı qiymətləndirmənin yenilənməsi;
Praktiki tapşırıq: risk qiymətləndirməsi və təqdimatı.