Əməkhaqqı, bonus, təminat, kompensasiya və güzəştlər | Xidmətlər

Əməkhaqqı, bonus, təminat, kompensasiya və güzəştlər

Əməkhaqqı, bonus, təminat, kompensasiya və güzəştlər

Əməkhaqqı, bonus, təminat, kompensasiya və güzəştlər

1. Motivasiya və bonus sisteminin qurulması


Təsvir:

Bonus mexanizmlərinin strateji hədəflər və əsas fəaliyyət göstəriciləri ilə əlaqələndirilməsi. Vəzifə və peşələrin fəaliyyət xüsusiyyətlərinə və onlar qarşısındakı tələblərə uyğun bonus modellərinin hazırlanması. Bonusların hesablanma düsturları, verilmə dövrləri, limitləmə hədləri və təsdiq qaydalarının hazırlanması. Əməkhaqqı, bonus, güzəştlər, tanınma, inkişaf və digər motivasiya elementlərinin vahid sistemdə birləşdirilməsi.

Müştəriyə təqdim edilən nəticələr:

Bonusların hesablanması modelləri, təsir faktorları və onların çəkiləri, limitləndirmə mexanizmləri, ödəniş qaydaları.

Müddət: 4–12 həftə.

Xidmətin biznesə faydası:

Mükafatlandırmanı konkret nəticə və davranışlarla əlaqələndirir. Komandanın motivasiyasını biznes prioritetlərinə yönəldir. Bonusların hesablanmasında şəffaflığı, proqnozlaşdırmanı və maliyyə nəzarətini artırır. Təkcə maaşa əsaslanan motivasiya yanaşmasını daha balanslı sistemlə əvəz edir.

 

2. Əməkhaqqının hesablanması və ödənilməsi sisteminin qurulması

 

Təsvir:

Təşkilatın əməkhaqqı strukturunun, əmək haqqı fondunun, əmək haqqında dəyişikliklər üzrə mexanizminin prinsiplərinin formalaşdırılması. Vəzifə dərəcələrinə uyğun minimum, orta və maksimum əməkhaqqı diapazonlarının müəyyən edilməsi. Təşkilatın əməkhaqqı göstəricilərinin seçilmiş bazar və müqayisə qrupu ilə təhlili. İllik maaş dəyişikliklərinin fəaliyyət, bazar, dərəcə və büdcə əsasında idarə edilməsi. Oxşar dəyərə (bala) malik vəzifə və işçi qrupları arasında əməkhaqqı fərqlərinin sistemli təhlili. Əmək haqqının diverifikasiyasındakı uyğunsuzluqların və əmək haqqına dair risklərin təhlil edilməsi.  Əmək haqqının Əmək Məcəlləsi və Vergi Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq hesablanması və ödənilməsi qaydaları. Vəzifə-peşə maaşlarının, əmək haqqına əlavələrin müəyyən edilməsi, hesablanması və ödənilməsi mexanizminin, modelinin, simulyasiyasının qurulması. Əmək haqqına dair vergilərin hesablanması və ödənilməsi.

Müştəriyə təqdim edilən nəticələr:

Əməkhaqqı siyasəti, əmək haqqına dair qərar mexanizmləri və şərtləri, aidiyyəti səlahiyyətlər, istisna halların idarə edilməsi mexanizmi. Əmək bazarı və əmək haqqı bazarının müqayisə hesabatı, bazara nisbətən mövqe, riskli və kritik vəzifə və peşələrin əmək haqqı hədləri, uyğunsuzluqların düzəliş ssenariləri. Ştat cədvəlinə uyğun olaraq ümumi əmək haqqı fondu.

Müddət: 4–12 həftə.

Xidmətin biznesə faydası:

Qanunvericiliyin tələblərinə uyğun olan əmək haqqının hesablanması, ödənilməsi mexanizmi qurulur. Aidiyyəti Dövlət qurumları qarşısındakı öhdəlik və risklər idarə edilir. Əməkhaqqı qərarlarında subyektivliyi və qeyri-bərabər yanaşmanı azaldır. Əməkhaqqında daxili ədaləti və büdcə nəzarətini gücləndirir. Əməkhaqqının bazarda rəqabət qabiliyyətini obyektiv qiymətləndirməyə imkan verir. Maaş artımlarını daha proqnozlaşdırılan və əsaslandırılmış edir. Əsaslandırılmayan əməkhaqqı fərqlərini və işçi narazılığı riskini azaltmağa kömək edir.

 

3. Vəzifə və peşələr üzrə təminatların müəyyən edilməsi

 

Xidmətin təsviri:

İşin xarakterinə uyğun maddi, texniki, inzibati, sosial və digər təminatların müəyyənləşdirilməsi. Sığorta, nəqliyyat, yanacaq, mebel, otaq, yemək, rabitə, əlavə məzuniyyət və digər əlavə təminatların strukturlaşdırılması.

Müştəriyə təqdim edilən nəticələr:

Təminatlar matrisi, vəzifə və peşələr üzrə təminat standartları, tətbiq qaydaları. İmtiyazların kataloqu, işçi kateqoriyaları, vəzifələr, peşələr üzrə paketlər, xərc modeli.

İcra müddəti: 2–4 həftə.

Xidmətin biznesə faydası:

Təminatların vahid prinsip əsasında müəyyən edilməsini və resursların daha səmərəli idarə olunmasını təmin edir. Güzəşt və imtiyaz xərclərinin təşkilat tərəfindən nəzarətini gücləndirir, işçi üçün yaratdığı dəyəri artırır.

 

Müraciət et

Populyar Təlimlər