Problemlərin həlli və qərarların qəbulu

Problemlərin həlli və qərarların qəbulu

Problemlərin həlli və qərarların qəbulu

Uğurlu biznesləri fərqləndirən əsas amil problemlərin yoxluğu deyil, onların hansı sürət və dəqiqliklə həll edilməsidir.

İş həyatında hər gün onlarla həlledici qərar qəbul edirik. Bəs onların neçəsi obyektiv təhlilə, neçəsi isə beynimizin bizə qurduğu psixoloji tələlərə (qərəzlərə) əsaslanır? BMS - Business Management School tərəfindən təqdim olunan "Problemlərin həlli və qərarların qəbulu" təlimi xaosdan çıxış yollarını tapmaq, kreativ ideyalar generasiya etmək və idarəetmədə kognitiv xətalardan sığortalanmaq üçün dizayn edilmiş unikal və praktiki proqramdır.

Bu təlimdə siz həm fundamental diaqnostika alətlərini (İsikava, Pareto), həm də qərar qəbuletmədə ən müasir psixoloji analizləri ("Sürətli və ləng beyin", davranış iqtisadiyyatı) mənimsəyəcəksiniz.
 

Bu Təlim Kimlər Üçündür?
  • Strateji və operativ qərarlar qəbul edən rəhbərlər, layihə menecerləri və şöbə müdirləri.
  • Böhran vəziyyətlərində komandanı və prosesləri idarə etməli olan aparıcı mütəxəssislər.
  • Problemlərin səthindəki əlamətlərlə deyil, kök səbəbləri ilə (Root Cause Analysis) mübarizə aparmaq istəyən analitiklər.
  • Öz düşüncə tərzini strukturlaşdırmaq və qərarlarını rasional matrislərə əsaslandırmaq istəyən hər kəs.

 

Təlimin Nəticəsində Nə Əldə Edəcəksiniz?
  • Problemlərin əsl kökünü tapmaq üçün "Balıq sümüyü" (İsikava) və "5 Niyə" metodlarını real biznes keyslərində tətbiq edəcəksiniz.
  • SCAMPER, Sinektika və Beyin fırtınası kimi alətlərlə çərçivəni aşan (out-of-box) kreativ çıxış yolları tapacaqsınız.
  • Qərar qəbul edərkən "Lövbər effekti", "Konkord effekti" və "Halo/Horn effektləri" kimi psixoloji tələlərə (bias) düşməkdən qorunacaqsınız.
  • Fərdi və qrup şəklində qərarları təsadüflərə deyil, Dekart kvadratı, Qərar matrisi və Delfi metodu kimi dəqiq alətlərə etibar edəcəksiniz.
  1. Problem nədir?
  2. Problemin müəyyən edilməsi mərhələsi
  3. Pareto diaqramı
  4. Səbəb -nəticə təhlili mərhələsi
  5. 5 Y metodu Balıq sümüyü (İsikava) diaqramı
  6. Mümkün çıxış yollarının tapılması mərhələsi
  7. Kreativlik Çərçivəni aşan düşüncə, düşüncə tərzləri
  8. Çıxış yollarının tapılması alətləri
    - Sözlərin əvəz edilməsi texnikası
    - Alternativin tapılması texnikası
    - İdeal son nəticə (İSN) texnikası
    - Verbal assosiasiya (fokal obyektlər) texnikası
  9. Mind mapping
  10. SCAMPER texnikası
  11. Beyin fırtınası
  12. Sinektika metodu
  13. İdeyaların seçilməsi mərhələsi
    - Uolt Disney metodu
    - 6 şlyapa üsulu
  14. Qərarın qəbulu prosesi və onun vacibliyi
  15. Qərar qəbul etmədə qərəzlərdən müdafiə 
    - Sürətli və ləng beyin
    - "Humanlar" və "Ekonlar"
    - Prayminq
    - Halo və Horn effektləri
    - Lövbər effekti
    - Əlçatanlıq evristikası
    - Konkord effekti
    - İtkilərdən qaçınma
    - Qiymətin əhəmiyyəti varmı?
    - Qarşılıqlı mübadilə qaydası
    - Qrup daha cəsarətlidir.
    - Qənaətin əhəmiyyəti faizlə hesablanır.
    - Baş verməyənlərin əhəmiyyətsizliyi
    - Optimizm və özünəgüvən
    - Libertarian paternalizmi, yönəltmə
    - Sağ qalanın sistematik səhvi
    - Retrospektiv təhrif
    - Şəxsi və qrup maraqları, Oyun nəzəriyyəs
  16. SWOT analizi
  17. Qərar ağacı 
    - Kütlənin müdrikliyi
    - Delfi metodu
  18. Qərar matrisi
  19. Eyzenhauer matrisi
  20. ABCDE metodu
  21. Dekart kvadratı
  22. Qrup şəklində qərarların qəbulu
    - Kütlənin müdrikliyi
    - Delfi metodu
  23. “The Futures Wheel” texnikası
  24. İntuisiya əsasında qərarın qəbulu

Təlimin ümumi müddəti 8 saatdır.

Təlim yalnız korporativ sifariş əsasında tədris edilir.

Təlim cədvəli sifarişçi şirkətlə qarşılıqlı razılaşma əsasında hazırlanır.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər