İnsan resursları analitikası | Xidmətlər
İnsan resursları analitikası

İnsan resursları analitikası

 

Təsvir:

İnsan resursları məlumatlarının toplanması, təmizlənməsi, təhlili və qərarvermədə istifadəsi üçün vahid məlumat bazasının qurulması. İnsan resursları üzrə istifadə olunan məlumat anlayışlarının, məlumat modelinin, mənbələrin müəyyən edilməsi. Rəhbərlik və insan resursları komandası üçün əsas göstəriciləri vizual şəkildə təqdim edən idarəetmə panellərinin hazırlanması. İnsan resurslarının idarə edilməsi üzrə KPI (key performance indicators) və CPI (control performance indicators) və metriklərin müəyyən edilməsi. Cari, aylıq, rüblük və illik insan resursları hesabatlarının vahid struktur və metodologiya ilə hazırlanması. İşçi sayı, əməkhaqqı, məhsuldarlıq, davamiyyət, işçi dövriyyəsi, vaxt itkisi, faydalılıq əmsalı, orta əmək haqqı, performans göstəriciləri, yaş, cins, təhsil göstəriciləri, peşəkarlıq göstəriciləri, investisiya qoyuluşları, məmnunluq, daxili staj və digər göstəricilər arasındakı əlaqələrin qarşılıqlı müqayisəsi və təhlili. Göstəricilərin fərdi və kütləvi-qruplar formasında əmək bazarına uyğun olaraq, dövrlər əsasında müqayisə edilməsi. Göstəricilər üzrə proqnoz modellərinin hazırlanması, hesabatlar və onların vizuallaşdırılması.

Müştəriyə təqdim edilən nəticələr:

Analitika modeli, əsas göstəricilər, hesabat prosesi, məlumat sahələri növləri və mənbələri. Məlumat bazalarının və analitik hesabatların nümunələri, şablonlar, hesabat təqvimi və marşrutu, idarəetmə panelinin strukturu, vizual hesabat formaları. Hesabatların şərh edilməsi, qərara və tapşırığa çevrilmə mexanizmi, proqnoz modeli, risk göstəriciləri, ssenarilər, istifadə metodologiyası.

Müddət: 4–12 həftə.

Xidmətin biznesə faydası:

İnsan resursları qərarlarını intuisiya əsaslı yanaşmadan məlumat əsaslı idarəetməyə keçirir. Eyni göstəricinin müxtəlif hesabatlarda fərqli hesablanması problemini aradan qaldırır. Kritik işçi göstəricilərinin daha sürətli izlənməsini təmin edir. Rəhbərliyə müntəzəm və müqayisə edilə bilən məlumat təqdim edir. İnsan kapitalı ilə biznes nəticələri arasındakı əlaqələri daha görünən edir. İşçi itkisinin ümumi rəqəmdən konkret idarə edilə bilən səbəblərə parçalanmasını təmin edir. Problemlər baş verdikdən sonra reaksiya vermək əvəzinə qabaqlayıcı proaktiv qərarlar qəbul etməyə imkan yaradır.

 

Müraciət et

Populyar Təlimlər