"Business Management School" MMC ölkəmizin təlim sektorunda HR təlimlərinin əsasını qoymuş, 2015-ci ildən indiyə kimi HR üzrə ən çox növdə və sayda təlimlər təşkil edərək keçirmiş və bu sahədə ən çox məzunu olan öncel təlim mərkəzlərindəndir. Hazırda da mütəmadi və periodik olaraq HR sahəsində 15-dən çox fərqli təlim təşkil etməkdəyik. Bu təlimlərdən biri də "Əmək haqqı hesablaması (Payroll) " təlimidir. İndiyə kimi "Əmək haqqı hesablaması (Payroll)" təlimini 45 dəfə uğurla təşkil edərək keçirmişik.
Təlimdə kimlər iştirak etməlidir?
- Əmək haqqı hesablamasını həyata keçirən bütün mütəxəssislər, HR-lar və mühasibler.
Bu təlimdə iştirak etməklə öyrənəcəksiniz:
- Əməkhaqqı ilə bağlı ümumi anlayışlar və hesablamalar
- Əməkhaqqına əlavələr
- Cəmlənmiş uçotun növləri, hesablanması və tətbiqi
- Vergi tutulmaları (Muzdlu işdən əldə edilən gəlirlər üzrə)
- Əmək məzuniyyətlərinə dair hesablamaları
- Orta əməkhaqqı və orta aylıq əməkhaqqı anlayışları, hesablamarı
- Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması
- Digər sosial müavinətlərin hesablanması
- Ezamiyyə hesablamarı
- Əməkhaqqından tutulmaları
- Əməkhaqqı hesablamasının avtomatlaşdırılması (Microsoft Excel üzərinidə)
- Əmək haqqı ilə bağlı məcburi dövlət hesabatlılığının işlənməsi
TƏLİM PROQRAMI - MÜNDƏRİCAT
1. Qanunvericilikdə əməkhaqqı anlayışı
2. Net, gross və supergross əməkhaqqı anlayışları
2.1. Dövlət və neft-qaz sektorunda ümumi tutulmalar
2.2. Qeyri neft-qaz və özəl sektor üzrə ümumi tutulmalar
3. Əməkhaqqı ilə bağlı digər anlayışlar
4. Əməyin ödənilməsi sistemləri
4.1. İşəmuzd əməkhaqqı
4.2. Vaxtamuzd əməkhaqqı
5. İş vaxtı növləri
5.1. Tam iş vaxtı
5.2. Natamam iş vaxtı
5.3. Qısaldılmış iş vaxtı
6. Əməkhaqqına əlavələr
6.1. Ağır və zərərli, xüsusilə ağır və zərərli işə görə əməyin ödənilməsi
6.2. İş vaxtindan artiq iş
6.3. Qeyri-iş günü iş
6.4. Müvəqqəti əvəetmə
6.5. Boş vəzifənin icrası
6.6. Gecə vaxtı iş
6.7. Çoxnövbəli iş rejimi
7. Cəmlənmiş uçot
8. Əmək məzuniyyəti
8.1. Əmək məzuniyyəti hesablanması
8.2. Əmək məzuniyyəti hesablanması ilə bağlı xüsusi hallar
8.3. Hesablanma və ödəmə zamanı diqqət yetirilməli məqamlar
8.4. Hesablamada nəzərə alınan və alınmayan ödənişlər
8.5. Əmsallaşdırma
8.6. Əmək məzuniyyəti hesablama ilə bağlı digər məsələlər
9. Orta əməkhaqqı və orta aylıq əməkhaqqı
9.1. Orta əməkhaqqı
9.1.1. Orta əməkhaqqı saxlanılan hallar
9.1.2. Orta əməkhaqqının hesablanması
9.1.3. Orta əməkhaqqının hesablanması ilə bağlı xüsusi hallar
9.1.4. Hesablamada nəzərə alınan və alınmayan ödənişlər
9.1.5. Təhsil, yaradıcılıq və atalıq məzuniyyəti
9.2. Orta aylıq əməkhaqqı
9.2.1. Orta aylıq əməkhaqqının hesablanması
9.2.2. Orta aylıq əməkhaqqı saxlanılan hallar
9.2.3. Müəssisənin ləğvi və ixtisarla əlaqədar ödənişlər
10. Müavinətlər
10.1. Əmək qabiliyyətini müvəqqəti itirilməsi
10.1.1. Əmək qabiliyyətinə görə müavinətin hesablanmasi qaydasi
10.1.2. Müavinətin ümumi məbləğinin hesablanmasi
10.1.3. Müavinət üzrə hədlər
10.1.4. Orta gündəlik qazancın (OGQ) tapılması
10.1.5. Gündəlik müavinətin hesablanmasında xüsusi hallar
10.1.6. Vergiyə cəlbi
10.2. Hamiləliyə və doğuşa görə məzuniyyət
10.2.1. Ödənilməsi və vergiyə cəlbi
10.3. Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət
10.4. Dəfn üçün müavinət
11. Tutulmalar
11.1. Əmək haqqından tutulmalar
11.2. Gəlir vergisinin hesablanması
11.3. Digər sosial tutulmalar (MDSSH, icbari tibbi sığorta və işçizlik sığortası)
11.4. Aliment və icra sənədi üzrə tutulmalar
11.5. Məzuniyyət kompensasiyasının vergiyə cəlbi
12. Ezamiyyə
13. Hər mövzuya aid misalların həlli
Təlimin ümumi müddəti 22 saatdır.
Təlim həftənin 1-ci və 3-cü günləri, saat 19:15-21:15 aralığında olmaqla keçirilməkdə və 4 həftə davam etməkdədir.