Çətin və Narazı Müştərilərlə İş: Gərginliyin və Münaqişələrin İdarə Edilməsi Təlimi

Çətin və Narazı Müştərilərlə İş: Gərginliyin və Münaqişələrin İdarə Edilməsi Təlimi

Çətin və Narazı Müştərilərlə İş: Gərginliyin və Münaqişələrin İdarə Edilməsi Təlimi

Təlimin məqsədi

Təlimin məqsədi əməkdaşların narazı, emosional, aqressiv və ya yüksək tələbli müştərilərlə ünsiyyət zamanı soyuqqanlı, peşəkar və nəticəyönümlü davranmaq bacarığını inkişaf etdirməkdir.

Əsas məqsəd mübahisədə “qalib gəlmək” deyil, vəziyyəti nəzarətə almaq, gərginliyi azaltmaq, problemin mahiyyətini müəyyənləşdirmək və mümkün olan həll istiqamətinə keçməkdir.


Kimlər üçün nəzərdə tutulub

  • Müştəri xidmətləri əməkdaşları;
  • Çağrı mərkəzi və qaynar xətt operatorları;
  • Filial və ön ofis əməkdaşları;
  • Şikayətlərlə işləyən komandalar;
  • Satış sonrası xidmət əməkdaşları;
  • Yüksək emosional müştəri ünsiyyəti ilə qarşılaşan digər əməkdaşlar.


Təlim metodikası

Təlim maksimum praktik formatda keçirilir. İştirakçılar müxtəlif tipli çətin müştəri profilləri ilə bağlı rol oyunlarında iştirak edir, gərgin dialoqları mərhələ-mərhələ idarə edir və fasilitator tərəfindən konkret geribildirim alırlar.

Proqramda “aqressiv müştəri”, “xidmətin gecikməsindən narazı müştəri”, “qayda ilə razılaşmayan müştəri”, “mümkün olmayan tələb irəli sürən müştəri” kimi situasiyalar üzərində işlənilir.


İştirakçının əldə edəcəyi nəticələr

  • gərgin müştəri ünsiyyətində emosiyalarını daha yaxşı idarə edəcək;
  • narazılığı şəxsi hücum kimi qəbul etmədən peşəkar mövqe saxlayacaq;
  • müştərinin emosional gərginliyini azaltmaq üçün düzgün ifadələrdən istifadə edəcək;
  • münaqişənin böyüməsinin qarşısını almağı öyrənəcək;
  • həll mümkün olmadıqda belə ünsiyyəti peşəkar şəkildə idarə edəcək;
  • lazımsız eskalasiyaların sayını azaltmağa töhfə verəcək.

Təlim proqramı:

  1. Müştərinin narazılığının əsas səbəbləri
  2. Narazı müştərinin davranışını düzgün oxumaq
  3. Emosional reaksiya ilə real problemin fərqləndirilməsi
  4. Gərginliyi artıran və azaldan ifadələr
  5. Aqressiv ünsiyyətə emosional reaksiya verməmək
  6. Sakitləşdirici ünsiyyət texnikaları
  7. Empatiya göstərmək və məsuliyyəti əsassız şəkildə üzərinə götürməmək
  8. Müştərinin sözünü kəsmədən dialoqa nəzarət etmək
  9. Təhqir, təzyiq və sərhədi aşan davranışlarda peşəkar mövqe
  10. “Xeyr” cavabını düzgün təqdim etmək
  11. Alternativ həllərin təqdim olunması
  12. Münaqişənin eskalasiyasının qarşısının alınması
  13. Hansı hallarda və necə eskalasiya etmək
  14. Çətin dialoqu düzgün yekunlaşdırmaq

Təlimin müddəti:
1 tam gün, 7 saat

Yüksək riskli və intensiv müştəri ünsiyyəti olan komandalar üçün 2 günlük genişləndirilmiş proqram daha məqsədəuyğundur.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər