Karyera istiqaməti və inkişafı üzrə mentorluq | Xidmətlər

Karyera istiqaməti və inkişafı üzrə mentorluq

Karyera istiqaməti və inkişafı üzrə mentorluq

Karyera istiqaməti və inkişafı üzrə mentorluq

Karyera yolunuzun hansı istiqamətdə davam edəcəyini dəqiqləşdirmək istəyirsiniz? BMS Mentoring-in fərdi mentorluq xidməti peşəkar güclü tərəflərinizi tanımağa, mümkün karyera istiqamətlərini qiymətləndirməyə və gələcək inkişafınız üçün növbəti addımları müəyyənləşdirməyə kömək edir.

 

Bu xidmət kimlər üçündür?
  • Sonuncu kurs tələbələri və yeni məzunlar
  • Karyerasının ilkin mərhələsində olanlar
  • Peşəkar istiqamətini dəyişmək istəyənlər
  • Mövcud karyerasında inkişaf etmək istəyənlər

 

Mentorluqdan nə qazanacaqsınız?

Mentorluq prosesi güclü tərəflərinizi və inkişaf ehtiyaclarınızı daha yaxşı anlamağa, sizin üçün uyğun ola biləcək karyera istiqamətlərini nəzərdən keçirməyə və növbəti addımlarınızı planlaşdırmağa imkan verəcək.
 

Mentorunuzla tanış olun: Ləman Bəkirli
Beynəlxalq mentor | İnsan resursları, təlim və inkişaf üzrə mütəxəssis | CIPD


Ləman Bəkirli insan resurslarının idarə edilməsi, istedadların inkişafı, işə qəbul və peşəkar inkişaf sahələrində 8 ildən artıq beynəlxalq təcrübəyə malik mütəxəssis və mentordur. Almaniyada Liderlik və İnsan Resurslarının İdarə Edilməsi üzrə magistr təhsili alıb və Böyük Britaniyanın nüfuzlu Chartered Institute of Personnel and Development (CIPD) peşəkar kvalifikasiyasına malikdir.

Peşəkar fəaliyyəti ərzində Almaniya və Azərbaycanda ali təhsil müəssisələrində, beynəlxalq şirkətlərdə və müxtəlif təşkilatlarda çalışaraq insan resursları, işə qəbul, təlim və inkişaf sahələrində geniş praktiki təcrübə qazanıb.

Beynəlxalq mentorluq fəaliyyəti çərçivəsində 53-dən çox ölkədən iştirakçılarla 400-dən artıq fərdi mentorluq sessiyası keçirib. Onun mentorluq yanaşması beynəlxalq əmək bazarı haqqında bilikləri, işəgötürən perspektivini və fərdi inkişaf təcrübəsini birləşdirərək hər bir iştirakçının məqsədlərinə uyğun praktik və fərdiləşdirilmiş dəstək təqdim etməyə əsaslanır.

Mentorluq yanaşmasının əsas üstünlükləri:

  • Beynəlxalq perspektiv: Müxtəlif əmək bazarları, işə qəbul prosesləri və peşəkar mühitlərlə bağlı praktik təcrübə.
  • Fərdi yanaşma: Hər görüş iştirakçının sualları, məqsədləri və ehtiyacları əsasında qurulur.
  • Hər iki tərəfin perspektivi: Həm işəgötürənlərin gözləntilərini, həm də namizədlərin və mütəxəssislərin ehtiyaclarını nəzərə alan yanaşma.
  • Praktik addımlar: Müzakirələrin real həyatda tətbiqinə və konkret inkişaf addımlarının müəyyənləşdirilməsinə fokus.

Mentorluğa yanaşmamızın əsasında sadə, amma vacib bir prinsip dayanır: hər bir insanın hekayəsi fərqlidir və peşəkar inkişafı da məhz bu fərdiliyi nəzərə almaqla başlamalıdır.
 

Mentorluq görüşü necə keçirilir?


Format: Fərdi (1:1), onlayn
Müddət: 60 dəqiqə
Dil: Azərbaycan və ya ingilis dili

Müraciət və iştirak prosesi:
1. Xidmətinizi seçin: Ehtiyacınıza və məqsədinizə uyğun mentorluq istiqamətini
müəyyənləşdirin.
2. Müraciət edin: BMS vasitəsilə müraciətinizi göndərin və görüşdən gözləntilərinizi
qısaca paylaşın.
3. Görüş vaxtını razılaşdırın: Müraciətiniz nəzərdən keçirildikdən sonra uyğun tarix və
saat müəyyənləşdirilir.
4. Təsdiq və iştirak: Ödəniş və rezervasiya təsdiqləndikdən sonra onlayn görüş linki
sizinlə paylaşılır.
5. Fərdi mentorluq görüşü: 60 dəqiqə ərzində suallarınızı, məqsədlərinizi və
qarşılaşdığınız çətinlikləri mentorla müzakirə edirsiniz.

Məxfilik və etibarlılıq
Məxfiliyiniz bizim üçün önəmlidir. Mentorluq görüşləri fərdi və məxfi formatda keçirilir. Görüş zamanı müzakirə olunan şəxsi və peşəkar mövzulara konfidensiallıq prinsipi əsasında yanaşılır. Müraciət və rezervasiya üçün təqdim olunan məlumatlar isə xidmətin təşkili məqsədilə, qüvvədə olan məlumatların qorunması tələblərinə uyğun işlənilir.

Müraciət et

Populyar Təlimlər