Nəzəriyyədə qalmayın, bəyannamələri tam peşəkar tərtib edin.
Vergi Məcəlləsini oxumaq başqadır, real bəyannaməni səhvsiz göndərmək tamamilə başqa. "Praktiki Vergi Hesabatları" təlimimiz məhz bu boşluğu doldurmaq üçün hazırlanıb. Cəmi 10 saat ərzində siz illərin təcrübəsinə malik peşəkar təlimçimizlə birlikdə ən vacib vergi hesabatlarının hazırlanmasını öyrənəcəksiniz.
Bu təlimdə sizi nə gözləyir?
Biz quru qanunları əzbərlətməyəcəyik. Məcəllə üzrə biliklər qısa şəkildə izah olunacaq, əsas diqqətimiz yalnız bəyannamələrin düzgün tərtibinə yönələcək
Fərqimiz nədir?
Hər bölmədə praktik nümunələr və tipik səhvlər təhlil olunur. Bu o deməkdir ki, iş prosesində qarşılaşa biləcəyiniz real riskləri əvvəlcədən görəcək və sığortalanacaqsınız. Sonda isə bütün bölmələr üzrə sual-cavab sessiyasında qaranlıq qalan məqamları aydınlaşdıracağıq.
Təlimçiniz kimdir?
Təlim sadəcə nəzəriyyəçi tərəfindən deyil, real sahədə illərin təcrübəsinə sahib peşəkar – "Azərbaycan Nəşriyyatı" MMC-nin Baş mühasibi Məmhəmmədrza Cəfərov tərəfindən keçiriləcək.
Tədris Proqramı:
Hər bir mövzu üzrə real praktik nümunələr işləniləcək və sonda sual-cavab sessiyası keçiriləcək.
Təlim Detalları:
Təlimin mündəricatı
Gəlir vergisinin bəyannaməsi
Mənfət vergisi bəyannaməsi
Sadələşdirilmiş verginin bəyannaməsi
Əmlak vergisinin bəyannaməsi
Əlavə Dəyər Vergisi (ƏDV) bəyannaməsi
Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
Qeyd: Məcəllə üzrə biliklər qısa olaraq bildirilir, əsas olaraq bəyənnamələrin tərtibi işlənilir.