Xidmətin təsviri:
Kvalifikasiya və kompetensiya modelinə istinad edilməklə, habelə say normalarının tələblərinə riayət etməklə vakansiya tələbatının müəyyən edilməsi, vəzifə təlimatlarından istifadə edilməklə standart vakansiya profillərinin, vakansiyanın təsviri formasının hazırlanması. Hədəf auditoriyaya uyğun, aydın və işəgötürən brendini əks etdirən elanların hazırlanması. Namizədlərin müraciətlərinin qeydiyyatı, təhlili və ilkin seçimdən keçirilməsi prosesinin standartlaşdırılması.
Nəticələr:
Vakansiya tələbləri forması, seçim meyarları, minimum və üstünlük verilən tələblər, vakansiyanın təsviri forması, hazır profillər üzrə elan şablonları və mətnləri, ilkin seçim meyarları, qiymətləndirmə formaları, namizədlərin və prosesin statusunun izlənilməsi mexanizmi.
İcra müddəti: 2–4 həftə.
Xidmətin biznesə faydası:
İşə qəbulda xətalı namizəd seçimi riskini azaldır. Namizəd axtarışı əməliyyatlarını daha fokuslu və daha az sərfiyatla edir. Daha uyğun namizədlərin cəlb
olunmasını və müraciət keyfiyyətinin yüksəlməsini təmin edir. Namizəd seçimində vaxt itkisini və subyektivliyi minimallaşdırır.
Xidmətin təsviri:
Vəzifə və peşələr üzrə funksional biliklərin müəyyən edilməsi, onların test, praktiki tapşırıq və situasiya nümunələri ilə ölçülməsi sisteminin hazırlanması. Müxtəlif çətinlik səviyyələrində standartlaşdırılmış sual və test bazasının hazırlanması, test və sual bankının hazırlanması.
Müştəriyə təqdim edilən nəticələr:
Biliklərin ölçülməsi metodologiyası, tapşırıqlar, bal sistemi, keçid meyarları, sual bankı, cavab açarları, çətinlik və mövzu təsnifatı.
İcra müddəti: 2–12 həftə.
Xidmətin biznesə faydası:
Namizədin faktiki bilik səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir. Kütləvi və təkrar işə qəbul proseslərinin keyfiyyətini yüksəldir.
Xidmətin təsviri:
Namizədlərin eyni meyarlarla qiymətləndirilməsi üçün kompetensiya və situasiya əsaslı müxtəlif üsullar üzrə müsahibə sisteminin hazırlanması. Müsahibə, seçim və iş təklifi mərhələlərinin standartlaşdırılması. Strukturlaşdırılmış, sərbəst, stres, qrup müsahibə üsullarının vəzifə və peşələr üzrə müəyyən edilməsi. Müsahibə komissiyalarının formalaşdırılması, müsahibə komissiyalarının maarifləndirilməsi və müsahibənin keçirilməsi, namizədin seçilməsi ilə bağlı zəruri təlimlərin verilməsi.
Müştəriyə təqdim edilən nəticələr:
Müsahibə bələdçisi, kompetensiyalar üzrə sual bankı, qiymətləndirmə forması, çoxfaktorlu qiymətləndirmə modelinə əsasən balın hesablanması meyarları və düsturu, formalar, seçim meyarları.
İcra müddəti: 2–6 həftə.
Xidmətin biznesə faydası:
Müsahibələrdə şəxsi təəssüratın təsirini minimallaşdırır, müsahibə prosesi asanlaşır, şəffaflaşır, optimallaşır. İşə qəbul müddətini, səhvləri və prosesdəki qeyri-müəyyənliyi minimallaşdırır.