Təhlükəsiz iş mühiti gündəlik müşahidə və vaxtında müdaxilə ilə formalaşır. Bu təlim iş yerində təhlükəli şəraitin və iş üsullarının tanınmasına, onların bildirilməsinə və ilkin nəzarət tədbirlərinin seçilməsinə yönəlib. Proqram işçilərin gündəlik təhlükəsizlik yoxlamalarında fəal iştirakını təşviq edir.
Təlim kimlər üçündür?
İstehsalat və xidmət sahələrinin əməkdaşları;
Usta, briqadir və supervayzerlər;
SƏTƏM sahəsinə yeni başlayanlar;
Təhlükəsizlik nümayəndələri;
İş yeri yoxlamalarında iştirak edən şəxslər.
Təlim iştirakçıları nələr qazanacaqlar?
İştirakçılar görünən və asanlıqla diqqətdən yayınan təhlükələri tanımaq, müşahidələrini aydın qeyd etmək və aidiyyəti şəxslərə bildirmək bacarığı əldə edəcəklər. Sadə yoxlama siyahısından istifadə etməyi və təcili müdaxilə tələb edən halları fərqləndirməyi öyrənəcəklər.
Təlim metodu
Foto və video təhlili, “təhlükəni tap” tapşırıqları, nümunə iş yeri yoxlaması və qrup müzakirəsi.
Təlimin qısa təsviri
Gündəlik iş zamanı təhlükələrin aşkarlanması, bildirilməsi və aradan qaldırılmasına yönəlmiş tətbiqi təlim.
Təlimin proqramı — mündəricat
Təhlükə mənbələri və təhlükəli şərait;
Fiziki, mexaniki, elektrik, kimyəvi və bioloji təhlükələr;
Erqonomik və psixososial təhlükələrə giriş;
Sürüşmə, büdrəmə və yıxılma təhlükələri;
İş yerində səliqə və keçidlərin təhlükəsizliyi;
Qoruyucular, nişanlar və giriş məhdudiyyətləri;
İşə başlamazdan əvvəl təhlükəsizlik yoxlaması;
Təhlükənin bildirilməsi və təhlükəli işin dayandırılması;
Müşahidələrin qeydiyyatı və tədbirlərin izlənməsi;