ƏMAS-da Praktiki İş Təlimi

"Business Management School" MMC ölkəmizin təlim sektorunda HR təlimlərinin əsasını qoymuş, 2015-ci ildən indiyə kimi HR üzrə ən çox növdə və sayda təlimlər təşkil edərək keçirmiş və bu sahədə ən çox məzunu olan təlim mərkəzlərindən biridir. 
Bu zəngin təcrübəmizə əsaslanaraq 2023-cü ildən uğurla təşkil etdiyimiz "ƏMAS-da Praktiki İş" təliminə qeydiyyatlarımız başladı. 

  • ƏMAS nədir?
  • ƏMAS.da vəzifəli şəxsin qeydiyyatı, səlahiyyətlərin verilməsi
  • Struktur əməliyyatları (strukturun nüsxələnməsi, yeni təşkilatı strukturun yaradılması)
  • Ştat vahidinin yaradılması, ləğvi, vakansiya elan olunması, tutulmuş ştatın vakant elan olunması
  • İşə qəbul prosesinin rəsmiləşdirilməsi (işçiyə aid əlillik və köhnə müqavilələrin əks olunması)
  • ƏMAS.da əmək müqaviləsi şərtlərinin qeyd olunması
  • Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin əldə olunması
  • Əmək müqaviləsinə dəyişiklik
  • Əmək müqaviləsinə xitamın rəsmiləşdirilməsi
  • Məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi
  • ƏMAS.da hesabatlılıq ( qüvvədə olan, qüvvədən düşən, icrada olan və imzaya göndərilən əmək müqavilələri)
  • Əmrlərin reyestri (xitam və məzuniyyət)
  • Əmək müqaviləsi bildirişi və əmrlər üzrə müraciətlər

Təlim həftənin 1-ci, 3-cü və 5-ci günləri, saat 19:00-dan 21:00-a dək olmaqla tədris edilməkdədir. Təlimin müddəti 6 saatdır, 1 həftə davam edir. 

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər