Ölkəmizdə dövlət satınalmaları sahəsi üzrə önəmli tədbirlərdən olan DSK - Dövlət Satınalmaları Konfransı 2025 keçirildi.
Business Management School və Network CEO şirkətləri tərəfindən 26 aprel 2025-ci il tarixində 2-ci dəfə təşkil edilən DSK 2025 2 panel üzrə 8 spikerin çıxışları və ətraflı fikir mübadiləsi ilə uğurla baş tutdu.
Dövlət Satınalmaları sahəsində çalışan 100 nəfər mütəxəssis və rəhbərin iştirak etdiyi tədbirdə iştirakçılar maraqlı sual və fikirlər səsləndirdi, spikerler zəngin təcrübələrini paylaşdı.
Hər il keçirilməsi planlanan konfransın təşkilatı komandası olaraq bütün spiker və iştirakçılara, həmçinin tədbirin baş sponsoru Construction Business Group və sponsoru Antaris şirkətlərinə minnətdarlığımızı bildiririk.