"Business Management School" MMC olaraq daha bir sahədə mütəxəssis yetişdirmə təliminə start veririk: " ISO 45001:2018 Təlimi"nə qeydiyyatlar başladı!
ISO 45001:2018 tələblərinə uyğun Peşə sağlamlığı və təhlükəsizliyini sisteminin təkminləşdirilməsi üzrə bilik və bacarıqların əldə edilməsi. Standartın yenilənmiş tələblərinə baxılması, şirkətdə Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi və sertifikatlaşdırma prosesinə optimal üsulların müəyyən edilməsi.
ISO 45001:2018 standartın tələblərini; Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri sahəsində terminologiyanı; Əməyin sağlamlığının və təhlükəsizliyinin qorunması sahəsində risklərinin və təhlükələrin müəyyən edilməsi və qiymətləndirilməsini, Əməyin sağlamlığının və təhlükəsizliyinin qorunması sahəsində düzgün planlaşdırmanın təşkil edilməsini və məqsədlərin müəyyən edilməsi, həmçinin idarəetmənin əsaslarını; strateji hədəflərin və maraqlı tərəflər haqqında anlayışını; müxtəlif təyinatlı təşkilatlarda ISO 45001:2018 standartının tələblərinin tətbiq edilməsini.
Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi təşkilatın sağlamlıq baxımından təhlükəsizliyin və iş yerlərində əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsi, istehsalat zədələrinin və zərərlərinin qarşısının alınması, həmçinin əməyin sağlamlığının və təhlükəsizliyinin qorunması sahəsində göstəricilərin daimi yaxşılaşdırılması o cümlədən proseslərin monitorinqinin aparılmasını və rəhbərlik tərəfindən təhlilin aparılması üçün hesabatların tərtib edilməsini.
Təlim müddəti: 24 saat.