Təchizat Zəncirinin İdarə Edilməsi təlimi

Təchizat Zəncirinin İdarə Edilməsi təlimi

"Business Management School" MMC, 2025-ci ildən Təchizar Zəciri İdarəçiliyi sahəsinin müxtəlif istiqamətləri üzrə 150+ açıq qrup təlim sessiyasını və 20-dən çox qurum üçün korporativ sifariş əsasında qapalı qrup təlim sessiyalasını uğurla təşkil edərək həyata keçirmişdir. Bu təlimlərin içərisində ən böyük həcmli və əhatəli təlimimiz olan "Təchizat Zəncirinin İdarə Edilməsi" təlimidir. İndiyə kimi 70 dəfə uğurla keçirdiyimiz bu təlimdən 1100 nəfərdən çox iştirakçı məzun olmuşdur. Hazırda "Təchizat Zəncirinin İdarə Edilməsi" təliminin 71-ci sessiyasına qeydiyyatlarımız davam etməkdədir. Bu təlimdə iştirak üçün yerlər dolmadan müraciət etməyə tələsin!
 

Təlim kimlər üçün nəzərdə tutulub?


- Satınalmalar üzrə mütəxəssislər (Supply Chain Management, Procurement,Tendering, Category management, Purchasing, Buyer, Order processing, Contracting , Bidding specialists,)
- Logistika üzrə mütəxəssislər (Logistics,Transportation ,Optimal Routing, Port Management ,Customs operations, İmport-export specialists)
- Anbar üzrə mütəxəssislər  (Warehouse, Material control, Inventory control, Maintenance, PDI, MRP, Production Planning Engineers and Replenishment Specialist,)
 

Bu təlimdə iştirak sizə nə qazandıracaq?


- Peşəkar bacarıqların artması: Satınalma, Logistika, Gömrük prosedurları, Anbar idarəçiliyi, bir sözlə A-dan Z-yə Təchizat zənciri idarəçiliyi üzrə müasir metodlar və strategiyalar öyrənəcək, bunları praktiki olaraq tətbiq edə biləcəksiniz.
- Xərclərin azaldılması: Xərclərin optimallaşdırılması yollarını öyrənərək, effektiv satınalma strategiyaları ilə şirkətin əməliyyat xərclərini azaltmasına kömək edəcəksiniz.
- Risklərin idarə edilməsi: Risklərin idarə edilməsi və təchizatçılarla əməkdaşlıqda etibarlılığın artırılmasının metodlarını öyrənəcəksiniz.
- Təchizatçı əlaqələrinin güclənməsi: Prosesləri optimallaşdırmaqla təchizatçılarla daha güclü və şəffaf əməkdaşlıq münasibətləri inkişaf etdirəcəksiniz.
- Qanun və Tənzimləmələrlə uyğunluq: Satınalma qanun və qaydaları, etik qaydalar və sosial məsuliyyətlərlə bağlı biliklərini genişləndirəcəksiniz.
- Əsas performans göstəricilərinin təhlili: Əsas performans göstəricilərini təhlil etməyə və onların əsasında effektiv strategiyalar qurmağa kömək edəcəksiniz.

 

Modul 1: Təchizat zənciri və onun idarə edilməsi
Təlimçi: Rza Rzayev
Müddəti: 4 saat

 

  1. Təchizat zəncirinin mahiyyəti və mərhələləri.
  2. Təchizat Zəncirinin İdarəedilməsi (SCM) prosesi
  3. Təchizat Zəncirinin növləri
  4. Təchizat Zəncirinin İdarəedilməsinin üstünlükləri. 
  5. Tətbiq edilən beynəlxalq yanaşmalar - Porter-in Dəyər Zənciri (Value Chain).

 

Modul 2: Satınalma zənciri və tender idarəçiliyi
Təlimçi: Rza Rzayev
Müddəti: 12 saat

 

  1. CIPS Satınalma Zənciri və onun mərhələləri mərhələləri.
  2. Satınalmanın 5 doğrusu: Keyfiyyət, Miqdar, Vaxt, Yer, Qiymət.
  3. SMART məqsədlərin müəyyən edilməsi.
  4. Maraqlı tərəflər və onların idarə edilməsi.
  5. Analitik alətlər: SWOT, Porter’s Five Forces, PESTLE, Make-or-Buy analizi.
  6. Satınalma Strategiyası və Planlaşdırma: Təchizat strategiyası, tender növləri, spesifikasiya və maliyyələşdirmə.
  7. Kraljic Matrisi – Təchizatçı seqmentasiyası və tətbiqi nümunələr.
  8. Spesifikasiya və onun növləri 
  9. Təchizatçıların seçimi və qiymətləndirilməsi.
  10. Tender Prosesi və onun idarəolunması: ITT, RFQ, RFP və tender şərtləri.
  11. Tender növləri və metodları: Açıq, Məhdud, İkimərhələli, Danışıqlı, Qapalı tenderlər.
  12. Satınalma metodları: Sərbəst alış, Katirovka (qiymət sorğusu), Tender (rəqabətli seçim).
  13. Single Source (Tək Mənbə və Yeganə Mənbə) Sole Source satınalmaları.
  14. Dövlət və Özəl sektor satınalmalarının fərqləri.

 

Modul 3: Müqavilə idarəçiliyi və danışıqların idarə edilməsi
Təlimçi: Rza Rzayev
Müddət: 6 saat

 

  1.  Müqavilə idarəçiliyinin məqsədi və prinsipləri.
  2.  Müqavilə sənədlərinin strukturu və əsas bölmələri.
  3.  Müqavilə performansının qiymətləndirilməsi: KPI-lar, SLA-lar.
  4.  Danışıqların idarə edilməsi: mərhələlər, ZOPA, BATNA və Win-Win strategiyaları.
  5.  Konfliktlərin idarə olunması və etik prinsiplər.
  6.  Yekun müqavilə bağlanması və qiymətləndirmə mərhələsi.

 

Modul 4. Süni İntellekt, E-Procurement və Rəqəmsal Transformasiya
Müddət: 4 saat

 
  1.  Satınalmada Süni İntellektin rolu: avtomatlaşdırma, qərar qəbuletmə, risk analizi.
  2.  ChatGPT və digər AI alətləri: SoR, RFI, RFQ və s. formalarının hazırlanması.
  3.  E-Procurement sistemləri: e-tendering, e-catalogue, e-contracting, e-invoicing.
  4.  Rəqəmsal təchizat zəncirinin qurulması
  5.  Gələcəyin satınalması: AI əsaslı proqnozlaşdırma, yaşıl və davamlı yanaşmalar.

 

Modul 5: Çatdırılma və nəqliyyat logistikası
Təlimçi: Nicat Şabanlı
Müddət: 10 saat

 

  1. Logistika elmi haqqında qısa məlumat. Onun tərkib hissəsi olan “nəqliyyat logistikası”.
  2. İncoterms-2010. Logistikada istifadə olunan qısaldılmış adlar və onların izahı.
  3. Yüklərin daşınma prosesindən əvvəl onların qablaşdırılması, markalanması vəpaletlənməsi. Ölkələrin qısaldılmış adları və poçt indeksinə əsasən şəhərlərin təyini.
  4. Yüklərin yük avtomobilləri ilə daşınması və bu daşımanın xüsusiyyətləri:
  5. Avtomobil daşımalarında istifadə olunan sənədlər.
  6. Yüklərin dəniz yolu (okean yolu) ilə daşınması
  7. Hava yolu ilə yükdaşımalar
  8. Dəmir yolu ilə yükdaşımalar
     
Modul 6: Gömrük Qanunvericiliyi və Prosedurları
Təlimçi: Bahəddin Mirzə
Müddət: 6 saat

 

  1. Gömrük qanun vericiliyi
  2. Gömrük komitəsinin struktur,idarələri ve postları
  3. Gömrük təmsilçiliyinin növləri
  4. Gömrük rəsmiləşdirilməsinin aparılması
  5. Gömrük prosedurları
  6. XİFMN-nin sinifləşdirilməsi ve eyniləşdirilməsi
  7. Gömrük tarifi ve rüsumlari
  8. Gömrük dəyəri ve onun formalaşması
  9. Gömrük ödənişləri
  10. Gömrük terminallarından yükün çıxardılması.
  11. Praktik məsələlər
     
Modul 7: Anbar Ehtiyyatlarının İdarə Edilməsi
Təlimçi: Turqay Abdullayev
Müddət: 8 saat

 

  1. Anbar anlayışı və anbarların növləri
  2. 3PL (Third-Party Logistics) və konsolidasiya anlayışları
  3. Əlavə dəyər xidmətləri (VAS)
  4. Anbarda standart qaydalar və gündəlik əməliyyatlar
  5. Uyğunsuzluq hesabatları (NCR)
  6. Anbarın effektiv idarəçiliyi üçün əsas amillər və onların izahı
  7. Məhsulun qablaşdırılması, düzgün markalanması və təhvilə hazırlanması
  8. Anbarın Təchizat zəncirində rolu
  9. Anbar menecerinin rolu
  10. Rəflərin ünvanlanması ve optimalaşdırılması
  11. Anbar dizayn formaları; U, I, L shape
  12. ABC Analizinin tətbiqi: addım-addım praktiki yanaşma
  13. Anbarda stok tutumu və stoklara nəzarət
  14. Anbarlarda ümümi problemlər və onlardan yayınma üsulları
  15. Anbarlarda istifadə olunan sənədlər və sənəd dövriyəsi
  16. Fırıldaq, oğurluq və dələduzluğa qarşı mübarizə tədbirləri
  17. Operativ anbar idarəetməsi (WMS): vaxt və məsafə optimallaşdırması
  18. Barkod və RFID texnologiyalarının anbar idarəetməsində rolu
  19. Anbarda performans göstəriciləri (KPİ-lar)
  20. Anbar göstəricilərinin (KPI-ların) benchmarking əsasında təhlili
  21. Praktiki məsələlər (Practice makes perfect)
Modul 8: Tələbin proqnozlaşdırılması və ehtiyatların planlaması
Təlimçi: Turqay Abdullayev
Müddət: 6 saat

 

 

  1. Material ehtiyacının planlaması (MRP),(Bill Of Materials)
  2. Yenidən Sifariş Nöqtəsi (ROP) və (Lead Time) +(Excel)
  3. Optimal sifariş miqdarı və hesablanması (EOQ) +(Excel)
  4. Ehtiyyat stok miqdarı (Safety stock) +(Excel)
  5. ABC, XYZ analiz  +(Excel)
  6. İnventar dövriyyə nisbəti (İTR) və hesablama qaydası +(Excel)
  7.  Stok günləri (DOİ) və hesablanma qaydası +(Excel)                                             
  8.  İnventarların uçotu üsulları və hesablama qaydası (FİFO, LİFO, WAC)
  9.  Vendor Managed İnventory (VMİ) +Walmart Case
  10.  Inventar Nəzarət Texnikaları: Periodik və Daimi Inventar Sistemi
  11.  İnventarın dəqiqliyi (IAR) və hesablama qaydası
  12.  İnventar risk qiymətləndirmə forması
  13. Proqnozlaşdırmaya giriş: anlayış, məqsəd və əhəmiyyəti
  14. Tələb proqnozlaşdırması nədir və niyə vacibdir?
  15. Tələb Proqnozlaşdırılmasının Əhəmiyyəti
  16. Proqnozlaşdırma və qərarvermə əlaqəsi
  17. Tələb Proqnozlaşdırılması yoxsa Satış Proqnozlaşdırılması?
  18. Məhdudiyyətsiz (Unconstrained) Tələb Proqnozlaşdırması 
  19. Dəqiq tələb məlumatlarını necə toplamaq olar?
  20. Qamçı (Bullwhip) effekti
  21. İnventar Planlaması və Proqnozlaşdırılması arasındakı fərq
  22. Moving Average və Exponential Smoothing metodları
  23. Judgmental Forecasting və ekspert qiymətləndirməsi (Delphi metodu)
  24. Kəmiyyət və keyfiyyət əsaslı proqnozlaşdırma metodları
  25. Qısa, orta və uzunmüddətli proqnozlaşdırma
  26. Zaman seriyası (Time Series) modellərinə giriş
  27. Trend və sezonsallıq analizinin proqnozlara təsiri
  28. Causal Forecasting: səbəb-nəticə əlaqəsinə əsaslanan modellər
  29. Proqnoz dəqiqliyinin hesablanması
  30. Əsas metriklər: MAD və Bias

Təlimin ümumi müddəti 56 saatdır.

Təlim həftənin 1-ci və 3-cü günləri saat 19:00-21:00 aralığında və 6-cı gün saat 10:00-14:00 aralığında olmaqla keçirilir. (Həftədə 3 gün, 8 saat)
Təlimin növbəti sessiyası 8 Sentyabr tarixində başlayacaq.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər