0-dan başlayanlar üçün Təchizat və Satınalma Mütəxəssisi Təlimi

0-dan başlayanlar üçün Təchizat və Satınalma Mütəxəssisi Təlimi

Business Mnagement School (BMS) Təchizat Zəncirinin İdarə Edilməsi sahəsi üzrə 9 illik peşəkar təlimlər təşkil etmə təcrübəsi əsasında hazırlamış olduğu "Təchizat və Satınalma mütəxəssisi" təliminin qeydiyyatını açıq elan edir.

Təlimdə nələr əldə ediləcək?

Təchizat sisteminin komponentlərinin və çalışma metodlarının öyrənilməsi

Təchizat sistemi komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəminin dərk edilməsi

Satınalmaların optimal təşkili və icra edilməsi

Təchizat Zəncirinin ümumi strukturu və anlayışları haqda məlumatlı olacaqsınız.

Təchizatın fərqli sahələri üzrə zəruri biliklər əldə edəcək, gələcək iş və peşə fəaliyyəti üçün lazım olacaq ilkin bilikləri əldə edəcəksiniz.

Şirkətlərdə Təchizat prosesinin axışını, Satınalma, Logistika və Anbar kimi fərqli sahələrin kommunikasiyası və birgə fəaliyyətlərinin əsasını öyrənəcək, eyni zamanda əldə edilən məlumatlarla iş prosesi zamanı tələb ediləcək əsas anlayışlara hakim olacaqsınız.

Təchizatın müxtəlif sahələri üzrə əsas sənədlər və sorğu üsulları ilə tanış olacaqsınız.

 

Təlimin Məqsədi

 Təchizat Zəncirinin İdarə Edilməsi üzrə müxtəlif sahələrdə yeni fəaliyyətə başlayan əməkdaşlar üçün Təchizatın əsas funksiya və fəaliyyətlərinin öyrədilməsi.

Təlimdə kimlər iştirak edə bilər?

Müxtəlif sahələrdən Təchizat Zəncirinin İdarə Edilməsi sahəsinə keçən əməkdaşlar, yeni başlayanlar, bu sahəyə keçmək istəyənlər və təcrübəsi olmayanlar, eyni zamanda isə tələbələr üçün nəzərdə tutulmuşdur.

 

İmtahanda iştirak edərək sertifikat əldə edə bilmək üçün təlimin 80%-dən az davamiyyət nəticəsi göstərilməməlidir.

Təlimin sonunda imtahan təşkil edilir və imtahan əsasında sertifikatlar təqdim edilir.

70%-dən yuxarı nəticə toplayan müvəffəqiyyət əldə etmiş sayılacaqdır

 

MÖVZULAR

Təchizat zəncirində ümumi anlayışlar və təchizat zəncirinin önəmi

Satınalmanın təchizat zəncirində rolu və funksiyası

Satınalmada iş axışı 

Satınalmada 5R modeli və onun rolu

Satınalma tələbləri və tələblərdə 5C modelinin istifadəsi

Mövcud bazarlar və onların araşdırılması metodikaları

Satınalmada swot analizi və onun tətbiqi

Praktiki məşğələ

Satınalma danışıqları və onların effektiv təşkili qaydaları

RF(x) sorğuları və onların növləri

Tender anlayışı, əhəmiyyəti və satınalma prosesində rolu

Tədarükçülərlə iş və onlarla münasibətlərin idarə edilməsinin əsasları

Mülkiyyətin ümumi dəyəri (TCO) və onun hesablanması

Make or buy qərarının verilməsi. Outsourcing anlayışı və onun növləri.

Razılaşma və müqavilə, çərçivə müqaviləsi və müqavilələrlə iş

Praktiki məşğələ

Çatdırılma və nəqliyyat logistikası, əsas müddəalar

İncoterms və onların təcrübədə düzgün istifadəsi

Daşımaların növləri və onların xüsusiyyətləri

Praktiki məşğələ

Anbar və ehtiyatların idarə edilməsi; əsas anlayışlar və ümumi müddəalar

 

Təlimdən əldə ediləcək nəticələr:

Təchizat sisteminin komponentlərinin və çalışma metodlarının öyrənilməsi

Təchizat sistemi komponentlərinin aralarındakı qırılmaz əlaqənin önəminin dərk edilməsi

Satınalmaların optimal təşkili və icra edilməsi

 

Təlimin ümumi müddəti 20 saatdır.
Təlim həftənin 2-ci günləri saat 19:15-dan 21:15-ə kimi və 6-cı günləri isə 10:00-dan 14:00-a kimi keçirilir 

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər