BMS for Juniors "Business Management School" MMC-nin 12-17 yaş aralığında olan yeniyetmələr üçün biznes təfəkkürü formalaşdıracaq, yumşaq bacarıqlar qazandıracaq, iqtisadiyyat və idarəetmənin əsaslarını öyrədəcək peşəkar təlimlərin təşkili üçün yaradılmış layihəsidir.
BMS for Juniors layihəsi çərçivəsində təşkil etdiyimiz "Vaxtın və Tapşırıqların Səmərəli İdarə Edilməsi" təliminə qeydiyyatlar başladı.
Təlimin dili: Azərbaycan dili
Təlimin müddəti: 8 saat
Təlimçi: Leyla Cəfərli
Kapital Bank | İşçi bağlılğı və Motivasiya şöbəsinin rəhbəri. Yumşaq bacarıqlar üzrə ekspert, təlimçi
Təlim metodikası: Praktiki, çalışmalarla zəngin, interaktiv, oyunlaşdırılmış
Təlim kimlər üçündür?
12-17 yaş aralığında olan yeniyetmələr üçün hazırlanmışdır.
Təlim iştirakçılara nə qazandıracaq?
- Vaxt məfhumunu və əhəmiyyətini dərindən mənimsəyərək öyrənəcəklər
- Vaxtlarını düzgün planlama bacarığına yiyələnəcəklər
- Tapşırıqları prioritetləşdirmə metodları öyrənəcəklər
- Vaxtlarını səmərəli idarə edəcək, iş və tapşırıqları zamanında yerinə yetirərək məqsədlərinə daha sürətli nail olacaqlar.
Təlimin ödənişi 140 AZN olaraq təyin edilmişdir.
Təlim ödənişini tam kart vasitəsilə 3 aya faizsiz bölərək ödəyə bilərsiniz.
Təlim ödənişi üçün 2 kateqoriyada endirim nəzərdə tutulmuşdur:
1. “Business Management School” MMC-nin məzunlarının övlad və ya birinci dərəcəli ailə üzvləri üçün 10% endirim tətbiq ediləcəkdir.
2. Bir ailədən 2 və daha çox ailə üzvü təlimə qoşularsa, hər birinə 10% endirim tətbiq ediləcəkdir.
Ödənişə daxildir:
- Praktiki çalışmalar, oyunlar
- Təlim materialları (Elektron)
- İştirak barədə sertifikat
- Çay - kofe fasiləsi
Təlim 08 fevral 2025-ci il tarixində başlayacaq:
08 fevral (Şənbə günü), saat 10:00 - 13:00
15 fevral (Şənbə günü), saat 10:00 - 13:00
22 fevral (Şənbə günü), saat 10:00 - 13:00