"Business Management School"MMC olaraq "Korporativ satış" təliminə qeydiyyatı açıq elan edirik.
Təlim kimlər üçün nəzərdə tutulub?
Şirkətlərin korporativ satış mütxəssisləri
Öz xidmət və məhsullarını korporativ olaraq şirkətlərə təklif edənlər
Şirket rəhbərləri
Korporativ satış sahəsində karyera qurmaq istəyənlər
Siz bu təlimdə iştirak etməklə öyrənəcəksiniz;
Korporativ müştərilərin gözlənti və ehtiyaclarını təyin etməyi
Mal və ya məhsul satmaqdan dəyər təklif etməyə keçid etməyi
B2B satışda dünyanın ən effektiv metodlarından olan SPİN SELLİNG metodunu
Satışa psixoloji hazırlığı
Uğurlu təqdimat etməyi, nəticə yönümlü müzakirə aparmağı
Satışı kapatma və sifair götürmə texnikalarını
Sertifikat
Təlim müddətinin 80%-də iştirak edən hər kəs "İştirakçı sertifikatı" ilə təmin ediləcəklər.
Təlim müddətinin 80%-də iştirak edən və keçiriləcək imtahanlarda 70%-dən çox nəticə göstərən hər kəs "Müvəffəqiyyət sertifikatı" ilə təltif ediləcəklər.
Təlim həm də korporativ sifariş əsasında da təşkil edilməkdədir. Bu zaman ödəniş sifarişçi şirkətin tələbləri əsasında hesablanılır.
Təlimin mövzuları
XXI əsrdə Korporativ Satış Nə Mənaya gəlir?
Bənzəşən Mallar və Qiymət Basqısı, Azalan Qazanclar
Korporativ Müştərinin Gözləntiləri və Ehtiyacları
Satışın Yeni Dünyası: Mal satmaqdan Dəyər təklifinə
Korporativ Satışı digər satışlardan fərqləndirən Nədir?
B2B satışda dünyanın ən yaxşı metodu – SPİN SELLİNG
B2B Satış Necə İdarə edilməlidir və Mərhələlər
Satış Menecerinin Satışa Psixoloji və Şəxsi Hazırlığı
Doğru Müştəri Kimdir? Müştərilərin Qruplaşdırılması
Təlimin ümumi müddəti 16 saat olmaqla 1 ay davam edir. 8 dərsdən ibarətdir. Hər dərs 2 saat olmaqla həftədə 2 dəfə keçirilir. Təlim 2-ci və 5-ci günlər olur. 19:00-dan etibarən başlayır.