Müqavilələrin İdarə Edilməsi Təlimi

10 ildir ki fəaliyyət göstərəm Business Management School təlim mərkəzinin ən çox və fərqli çeşidlərdə təlimlər təşkil etdiyi sahələrdən biri də Təchizat Zənciri İdarəçiliyi sahəsidir. Bu sahənin ən maraqlı, faydalı və daim aktual olan təlimlərindən biri Müqavilələrin İdarə Edilməsi Təlimidir. Mütəmadi olaraq təşkil etdiyimiz bu təlimin növbəti sessiyasına qeydiyyatlarımız davam edir.
 

Təlim Nəyi öyrədir: 

Bu təlimdə müqavilə anlayışı və növləri, mallar, iş və xidmətlərin satınalınması üzrə müqavilələrin tərtib edilməsi və müqavilə üzrə hüquqi, texniki və kommersiya risklərinin idarə olunması, müqavilələrin uğurla tamamlanması və performans dəyərləndirməsi barədə ətraflı biliklər əldə edəcəksiniz.  Bununla bağlı qabaqcıl təcrübələr və yanaşmalar paylaşılacaq, müqavilə menecmenti ilə bağlı şirkətlərin problemləri və səhv baxışı, müqavilələr üzrə biznes proseslər və prosedurlar barədə məlumat veriləcək, təcrübələrdən irəli gələn real keyslər və nümunələr ətrafında müzakirələr aparılacaq. Təlimin sonunda riskləri öncədən görmək, müqavilə şərtlərini dəqiq, aydın incələmək və habelə qanunvericiliyə, müvafiq tələblərə və şirkət maraqlarına uyğun olaraq tərtib etmək, müqavilə danışıqlarını uğurlu şəkildə apara bilmək bacarıqlarını qazanacaqsınız. 

 

Təlimdə kimlər iştirak edə bilər?

 

 

  • Müqavilə menecmenti sahəsində çalışan müqavilə mütəxəssisləri, satınalma üzrə mütəxəssislər (Supply Chain Management, Procurement, Tendering, Category management, Purchasing, Buyer, Bidding specialists)
  • Müqavilə menecmentinə keçmək istəyən hüquqşunaslar, hüquq sahəsində çalışan mütəxəssislər, Hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, biznes ixtisasları üzrə məzunlar 
  • Layihə, texniki, xərclərə nəzarət və smeta mütəxəssisləri (müxtəlif xidmət/podrat sahəsində (tikinti və s.) çalışan texniki və digər əlaqəli mütəxəssislər) və logistika üzrə mütəxəssislər (birbaşa Müqavilə mütəxəssisləri ilə birgə çalışdıqları üçün)

MÜQAVİLƏ ANLAYIŞI

  • Auditoriya ilə tanışlıq. Müqavilə satınalmadan başlamır! Satınalma nədir və
  • müqavilə ilə satınalmanın nə əlaqəsi?
  •  Mülki məcəllə nə deyir? Müqavilə anlayışı və müqavilənin növləri
  • Müqavilələrin idarə olunması mexanizmi, struktur və proseslər, prosedurlar və
  • indiki şirkətlərin problemləri
  • Müqavilə mütəxəssisi hüquqşünas deyil!
  • Müqavilə tərtibatı (Contract drafting), «olmazsa-olmaz» maddələr, «gizli» şərtlər,
  • müqaviləyə dəyişikliklər
  • Auditoriyaya suallar və tapşırıqlar

ÖZƏL VƏ DÖVLƏT SEKTORUNDA MÜQAVİLƏLƏR

  • Alqı-satqı müqavilələri və İncoterms. Müqavilənin xüsusiyyətləri. Risklərin idarə
  • edilməsi
  • Xidmət/podrat müqavilələri (lumpsum, reimbursamble, cost plus və s.).
  • Müqavilənin xüsusiyyətləri. Risklərin idarə edilməsi
  • Dövlət satınalmaları və müqavilə
  • Auditoriyaya suallar və tapşırıqlar

MÜQAVİLƏ MENECMENTİNDƏ BEYNƏLXALQ YANAŞMALAR

  • CIPS-in Müqavilə menecmenti ilə bağlı yanaşmaları
  • Beynəlxalq müqavilə növləri. FIDIC, Neft-qaz müqavilələri (PSA, EPC, offshore,
  • high volume Project contracts)
  • Auditoriyaya suallar və tapşırıqlar


MÜQAVİLƏ ÜZRƏ İDDİALARIN VƏ ÖDƏNİŞLƏRİN İDARƏ EDİLMƏSİ

  • İddiaların idarə olunması (Claim management - mallar və xidmətlər üzrə real
  • keyslər)
  • Ödənişlərin idarə olunması
  • Bank qarantiyaları, real yerli və xarici nümunələr
  • Auditoriyaya suallar və tapşırıqlar

QİYMƏTLƏNDİRMƏ

  • İmtahan və qiymətləndirmə
  • Bonus: interview tips, rekommendasiyalar, peşəkar üçün mühüm nüanslar

Təlimin müddəti 16 saatdır.
Təlim həftənin 2 və 4-cü günləri, saat 19:00-21:00 aralığında olmaqla tədris edilir və 1 ay davam edir.

Digər Təlimlər

Müraciət et

Populyar Təlimlər