"Business Management School" MMC və "Supply Chain Management" MMC-nin birgə təşkilatçılığı ilə Layihə idarəçiliyinin ən çox tələb olunan proqramlarından biri Layihə Planlaşdırılması və Monitorinqi ( Primavera P6, MS Project və Excel dəstəkli) təliminin ikinci sessiyasına qeydiyyatları açıq elan edirik.
Layihə Planlaşdırılması və Monitorinqi təlimi neft-qaz və tikinti layihələrinin planının qurulması, analiz edilmə və izlənilməsi üçün lazım olan bilikləri özündə birləşdirir. Təlim Primavera P6, MS Project və Excel proqramlarının birgə istifadəsi ilə tətbiqi şəkildə tədris olunur. Proqram sizə layihə gedişatını izləmək üçün lazımi reportların hazırlanması, layihə planının oxunması, lazım olduqda dəyişiklik edilməsinə imkan yaradır.
Tədris Metodikası:
İlkin olaraq layihə idarəetmə anlayışına nəzər salınır daha sonra kompüter mühitində proqramın tətbiqinə başlanılır. Tədris Metodologiyası beynəlxalq təcrübəyə əsaslanır və sənayenin tələbinə uyğun keçirilir.
Kursun əhəmiyyəti (Nələr əldə edəcəksiniz):
Primavera və MS Project ilə plan hazırlama
Layihə müddətinin idarə edilməsi
Resursların idarə edilməsi
Layihə xərclərinin idarə edilməsi
Layihə hesabatının hazırlanması (S-curve, Histogram və digər vizual reportlar)
Təlimin hədəf kütləsi:
Layihə rəhbəri və üzvləri
Mövcud layihə proseslərini araşdırmaq istəyən və praktiki məsləhətlərə ehtiyaci olanlar
İş analitikləri
Layihələrdə iştirak edən mütəxəssislər
Planlamacılar
Təlim 34 saatlıq proqram üzrə tədris edilir.